Icma.az
close
up
RU
6 milyonluq məhkəmə qalmaqlının ŞOK DETALLARI Bakı sakini qızının “oyuna salındığını” və günahsız olaraq həbs edildiyini bildirir / FOTOLAR

6 milyonluq məhkəmə qalmaqlının ŞOK DETALLARI Bakı sakini qızının “oyuna salındığını” və günahsız olaraq həbs edildiyini bildirir / FOTOLAR

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rehimov küçəsi 13-də yerləşən yataqxananın 72-ci mənzilində yaşayan Musayeva Tamella Gümüş qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, qızı Hüseynova Xəyaləni “oyuna salıb”, həbs etdiriblər.

Qeyd edək ki, söhbət dəfələrlə mətbuatda da hallanan məhkəmə prosesindən gedir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə təqsirləndirilən- Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın 2 dəfə məhkəmə prosesi keçirilib. İttiham aktına görə, həbs edilən edilən şəxslər dələduzluqda suçlu bilinirlər. İddia olunur ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xüsusilə külli miqdarda əmlakını vahid niyyətlə ələ keçiriblər.

Bildirilir ki, başda Abbasov Əliyar Allahyar oğlu olmaqla, dəstə üzvləri 2018-ci ilin yay aylarından etibarən Babayev Əbülfəz Əmirastan oğlunun xüsusilə külli miqdarda pulunu ələ keçiriblər. 2022-ci ilin əvvəllərindən Əliyar Abbasov, onun qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Hüseynova Xəyalə Ehtiram qızı, bacısının əri Əzimov Ramal Vahid oğlu, tanışları Əzimov Asiman Zabil oğlu və Zeynallı Pərvin Muxtar oğlu ilə qabaqcadan əlbir olan bir dəstə təşkil ediblər.

Belə ki, Əliyar Abbasov əmlak satışında vasitəçilik etdiyi üçün 2018-ci ilin əvvəllərindən tanıdığı Əbülfəz Babayevə həmin ilin yay aylarında Fəqan Eyvazova məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində fəaliyyət göstərən "ARB" televiziya şirkətinin də içərisində mövcud olduğu 5 mərtəbədən ibarət qeyri-yaşayış sahəsini satmaq adı ilə ona göstərib. Sonra 3,5 milyon manata satmağa razılaşıb və beh adı ilə Əbülfəz Babayevdən 100 000 (yüz min) manat pul alıblar. Bundan bir müddət sonra Əbülfəz Babayev araşdırıb ki, həmin bina bankda girovdadır və Əliyar Abbasov da bunu ondan gizlədib. Əliyar Abbasov isə ondan aldığı beh ilə binanı bankdan girovluqdan çıxardaraq, onun mülkiyyətində verəcəyini vəd verib.

2019-cu ilin əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun adına parkda Əbülfəz Babayevlə növbəti görüşündə guya atası Allahyar Abbasovun özündən uydurduğu "Hacı Kamal" adlı şəxsə 3 900 000 (üç milyon doqquz yüz min) manat pul verib, şərikli formada Türkiyə Respublikasının İstanbul şəhəri, Bahçeli evlər, yeni Bosna Mərkəzi, Kavak SK-27 ünvanında çoxmərtəbəli yaşayış kompleksinin tikintisinə başladığını, atası sağ olduğu halda, guya, 2018-ci ilin payız aylarında “vəfat etdiyi” üçün işlərin yarımçıq qaldığını bildirib.

Bununla kifayətlənməyən Əliyar Abbasov Əbülfəz Babayevdən beh kimi aldığı 100 000 manat və gələcəkdə verilən əlavə pulun qarşılığında qeyd olunan ünvanda tikilən çoxmərtəbəli yaşayış kompleksindən - 1000 kvadrat metr qeyri-yaşayış və 450 kvadrat metr yaşayış sahəsini sonuncunun adına rəsmiləşdirmək və həmin yerin yaxınlığında yerləşən digər torpaq sahəsində şərikli formada çoxmərtəbəli yaşayış binasını tikmək adı ilə şirnikləndirib. Daha sonra, 2019-cu ilin əvvəllərindən başlayaraq Əliyar Abbasov qohumu (bacısının əri), əvvəllər məhkum olunmuş narkotik aludəçisi Ramal Əzimovu uydurma "Hacı Kamal" adı ilə, guya, vəfat etmiş atası Allahyar Abbasovun İstanbul şəhərində tikdirdiyi çoxmərtəbəli yaşayış kompleksinin nizamnamə kapitalının 50 faiz hissəsinin sahibi və tikinti layihəsində əsas söz sahibi olan şəxs kimi təqdim edib. Heç bir fəaliyyət növü ilə məşğul olmayan və orta təhsilli Xəyalə Hüseynovanı isə uydurma "Vəkil Bahar xanım" adı ilə - İstanbul şəhərində vəkillik fəaliyyəti ilə məşğul olan və hüquqi məsələlərdə onlara kömək göstərən şəxs kimi, heç bir fəaliyyət növü ilə məşğul olmayan tanışı Asiman Əzimovu da uydurma "Kərbəlayı Asiman" adı ilə - Türkiyə-Azərbaycan Respublikaları arasında pul mübadiləsi ilə məşğul olan şirkətin rəhbəri, Pərvin Zeynallı və Məhərrəm İbrahimlini isə Asiman Əzimova məxsus şirkətin işçiləri və daimi Bakı şəhərində yaşamaqla sonuncunun göstərişlərini icra edən şəxslər kimi Əbülfəz Babayevə təqdim edib.

Əliyar Abbasov Xəyalə Hüseynova ilə birgə ayrı-ayrı tarixlərdə İstanbul şəhərinə gedərək müxtəlif ünvanlarda yerləşən tikinti sahələrindən foto və videolar çəkib, xarici telefon operatorlarına məxsus mobil telefon nömrələri ilə vatsap proqramı üzərindən Əbülfəz Babayevə məxsus mobil telfona göndəriblər. Hətta tikinti prosesinin davam etməsini nümayiş etdiriblər.

Əliyar Abbasov Əbülfəz Babayevdən aldığı pullar ilə özünün və yaxın qohum- tanışlarının adlarına çoxsaylı daşınar və danışmaz əmlaklar - Qəbələ rayonu, Nic kəndində 4 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və iribuynuzlu heyvan ferması, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, Korpus 111, 24 nömrəli həyət evi, Binəqədi rayonu, 9-cu MR, Adil Məmmədov küçəsi, bina 56, 1 nömrəli mənzil, Bərdə rayonu, Gərənə və Divanlı kəndlərində bir neçə ha torpaq sahəsi, 10-XX-016 dövlət qeydiyyat nişanlı "VAZ 2106" markalı, 10-ZZ-016 dövlət qeydiyyat nişanlı "BMW" markalı, 41-ZZ-041 dövlət qeydiyyat nişanlı "Ford" markalı, 77-EY-777 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı, 99-AS-203 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı, 10-NX-016, 10-LG-016 dövlət qeydiyyat nişanlı avtomobillər almış, pulunun bir hissəsini bacısı Arzu Əzimovaya iki mərtəbəli yaşayış evinin tikintisinə xərcləmişdir.

Hazırda həbsdə olan Hüseynova Xəyalənin anası Musayeva Tamella Gümüş qızı isə iddia edir ki, qızı günahsızdır, onu oyuna salıblar:

“Hörmətli redaksiya!

Əvvəla bildirim kİ, qızımı oyuna salıb, həbs ediblər. Qızım subay xanım olub. Abbasov Əliyarla qızım cəmi 6-7 ay idi tanış olmuşdular. Onun ailəsi ilə bağlı da məlumatımız yox idi. Elə bilirdik ki, iş məhkəmədədir.

Qızımı niyə öz oyunlarına ortaq etdilər? İnanın, heç onun da cavabını tam bilmirəm. Qızım ailəsi üçün yaşayan bir adamdır. Onun kiminsə malında-mülkündə gözü olmayıb. Təxmin edirəm ki, Əbülfəz Babayevlə Əliyarın həyat yoldaşı Sevinc Abbasova əlbir olub, heç nədən xəbəri olmayan qızımın boynuna külli miqdarda pul qoymaq istəyiblər. Xəyalə ilə evlənəcəyini vəd edən Əliyar qızıma maşın almaq üçün sadəcə 30 min manat pul verib. Maşının qalan pulunu qızım özü əvvəlki avtomobilini sataraq, ödəyib.

Əvvəllər türmə rəisi olan Əbülfəz Babayev hazırda Binəqədi prokurorluğunda müstəntiq olan əmisi oğlu Zöhrab, eləcə də Haqverdi və hakim Zamiq vasitəsilə qızıma təzyiq göstərərək, onu Kürdəxanı Çəzaçəkmə Müəssisəsinə salıblar və hazırda orda saxlanılır. 2 uşağı anasız qoyublar.

Əlimdə Əbülfəz Babayevin səsi var. O, həmin səsdə deyir ki, “sənin qızın heç nə etməyib, niyə onu həbs edirlər bilmirəm?!”

Avqust ayının 20-dən qızım həmin müəssisədə ağır işgəncələrə məruz qalır. Bu səbəbdən, bir ana kimi dözə bilmədiyim üçün, prokurorluğun qarşısında qolumu kəsərək intihar etmək istədim. Mənim o vəziyyətimdə belə, plan qururdular. Həkimə deyirdilər ki, yüngül xəsarət yaz, məsələni bağla. Qolumun şəklini də göndərmişəm, baxın, görün yüngül xəsarətdir?!

Əbülfəz Babayev deyir ki, 2018-ci ildə Əliyar Abbasova 6 milyon manat pul verib. Mənim qızım isə həbsindən cəmi 7 ay əvvəl Əliyar Abbasovu tanıyıb.

Qızım Xəyalə “Nargilə” və “Binəqədi” tikinti şirkətlərində işləyib. Qazancı az olmayıb, özünün evi, maşını var idi. Qızımın özünə aldığı maşını “TikTok” şəbəkəsində görən qarşı tərəf elə başa düşüb ki, onu Əliyar alıb. Salonun açılışı vaxtı çəkilmiş olan video ilə bizi məcbur edirlər ki, əlinizdə nə varsa, hamısını verin.

Qızımla danışan zaman bildik ki, onu içərid incidirlər. “Qızımı niyə döyürsünüz?”, - deyə müstəntiqə sual verdim. O dedi ki, “sənin qızın günahsızdır, Əliyarı tutmaq üçün elə edirik”. Müstəntiq çəkinmədən, heç nədən qorxmadan bu sözləri mənə dedi: “Əliyar qızını çox istəyir, onun həbsdə olmağını bilib, gəlib təslim olacaq”.

Sonradan qızımı yiyəsiz görüb Kürdəxanı Cəzaçəkmə Müəssisəsinə göndərdilər. Müstəntiq mənim özümə dedi ki, “onu elə yerə göndərmişəm ki, bir daha geri qayıtmasın”.

Heç bizim polislər və dövlət qurumları Əbülfəz Babayevə sual vermirlər ki, 6 milyon pulu haradan almısan?

İçəridə Haqverdi və Zöhrab qızıma təzyiq göstəriblər ki, səni analıq hüququndanda məhrum edəcəyik. Qızım özünü öldürmək həddinə gətirilib. Mənim qızıma nəsə olsa, kim cavab verəcək?!

Yuxarıda adlarını çəkdiyim şəxslər digər qızlarımı da şantaj edərək, mal-mülklərini əlindən almaq istəyirlər. Mənim özümə də deyirlər ki, “az yaz-poz, sən də qızının yanına gedəcəksən”.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Əmirastan oğlu Babayev “Olympus şirkətlər qrupu”nun təsisiçisidir. Bakı-Şamaxı yolunda "Lukoyl" yanacaqdoldurma məntəqəsinin sahibi, həmçinin bir çox tikinti layihələrində təsis payı olan şəxsdir.

Məsələ ilə bağlı Əbülfəz Babayevlə əlaqə saxlamağa çalışdıq. Lakin  bizdə olan əlaqə nömrəsi bağlı olduğu üçün, onun mövqeyini dərc edə bilmədik.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Şikayətçi xanımın məktubunu olduğu kimi dərc etdik. Əlbəttə, biz redaksiya olaraq burada yazılanlarla şərik deyilik. Sadəcə, mətbuat haqqında qanuna istinad edərək, redaksiyamıza daxil olan şikayəti olduğu kimi işıqlandırdıq. Qarşı tərəflə əlaqə yaratmaq cəhdələrimiz alınmadığı üçün Əbülfəz Babayevin diqqətinə çatdırırıq ki, istənilən zaman mövqeyini dərc etməyə hazırıq.

Yazıda adları çəkilən digər şəxslərin və qurumların mövqeyini də dərc etməyə çalışacağıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Dekabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see145

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see145

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see144

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see138

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see136

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see134

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see130

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see127

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see124

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see123

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see121

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see118

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see117

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see116

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see114

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see113

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see112

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri