6 milyonluq miras qoyan 84 yaşlı jurnalistin son istəyi gündəm oldu
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərədə 84 yaşında vəfat edən jurnalist Con Pilger geridə 3,3 milyon funt-sterlinq (təxminən 6 milyon manat) sərvət qoyub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, onun vəsiyyətindəki ən diqqəti çəkən detal oğlundan xahiş etməsi olub.
Pilger vəsiyyətnaməsinin son səhifəsində oğluna "Mən şəxsi kompüterimin və sərt diskin məhv edilməsini istəyirəm ki, e-poçtlarımı heç kim oxumasın” yazıb.
Amma o, bu tələbin arxasında duran səbəbi açıqlamayıb.
Pilger ABŞ-ni sərt tənqid etdiyinə görə anti-amerikan olmaqda və avtoritar rejimləri dəstəkləməkdə ittiham olunub.
Onun 2007-ci ildə Hüqo Çaveslə müsahibəsi"New Statesman" jurnalı tərəfindən yaltaqlığın biabırçı nümunəsi kimi təsvir edilib.
2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən qısa müddət sonra o, "The Guardian” qəzetində "Putin 21-ci əsr Avropasında faşizmə qarşı çıxan yeganə liderdir” deyə məqalə yazıb.
Mikayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 11 Fevral 2025 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















