Icma.az
close
up
RU
6 UŞAQLA BİR OTAQDA YAŞAYIRLAR, AMMA... Sosial yardım ala bilməyən Quba sakinindən nazirə müraciət

6 UŞAQLA BİR OTAQDA YAŞAYIRLAR, AMMA... Sosial yardım ala bilməyən Quba sakinindən nazirə müraciət

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Quba rayonu, Talabıqışlaq kənd sakini Qeybullayev Natiq Mehman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevə müraciət edir:

“Hörmətli Anar Əliyev!

Mən, Quba rayon sakini Qeybullayev Natiq Mehman oğlu, yazaraq sizə problemimi çatdırmaq istəyirəm.

Bildirim ki, ailəliyəm, himayəmdə 6 uşağım var. 6-cı uşağım yeni anadan olub, uşaq pulu vermirlər. Yaşayış yerim bərbad vəziyyətdədir. Evim yanıb, ailəlikcə 1 otaqda yaşayırıq. Qonşuların köməyi ilə evin damını biraz düzəltmişik. 

Sosial müavinətdən faydalanıb, uşaqlarımı dolandırmaq üçün müraciət etmişdim. Adıma torpaq sahəsi var, onun da vergisini ödəmişəm. Yoxlama gələn zaman şəraitin ağırlığını gördülər. Dedilər ki, mətbəxt, hamam otağı yoxdur, burda yaşamaq olmaz. Bildirdim ki, şəraitim yaxşı olsa, sosial yardım istəməzdim.

3 ay gözlədim, cavab gəlmədi. Böyük qızımın həmin ərəfədə 16 yaşı oldu. Bu zaman da bildirdilər ki, uşağın 16 yaşı olub, şəxsiyyət vəsiqəsi almamısınız, bu səbəbdən imtina verilir.

Uşağın sənədini düzəltdim, indi də təzə anadan olan uşağım üçün doğum şəhadətnaməsi çıxartmalıyam. Bir də indiyə kimi ödədiyim vergi silinib, yenidən 1 illik ödəniş etməliyəm.

Hörmətli Anar Əliyev!

Siz və rəhbərlik etdiyiniz qurumun digər səlahiyyətli şəxsləri hər kəsin imkanını öz cibinizdəki məbləğlə bir ölçməyin. Bir ailə 6 uşaqla eyni otaqda yeyir, içir, bişirir, yatırsa, deməli, vəziyyət ağırdır. Mənim imkanım biraz yaxşı olsaydı, sizin qurumun verdiyi 3-5 manata görə bu qədər əziyyət çəkməzdim. İmkanım yoxdur, uşaqlarıma baxmaqda çətinlik çəkirəm.

"1 illik torpaq üçün vergi ödəyin" deyə qanun qoymusunuz. Pulum yoxdur, necə deyim ki, sizi başa salım. Bir daha deyirəm, mənim cibimdə sizin cibinizdəki pulun 1 faizi olsaydı, heç müavinət üçün sizə müraciət etməzdim.

ASAN Xidmətə gedirəm, 1 aylıq körpə uşaq üçün sənəd almaq istəyirəm, deyirlər ki, uşağın 2 ayı tamam olsun, sonra gətirin. Bu, biz kasıb təbəqə üçün süründürməçilikdir. Açıq-aşkar "öl, yaşama!" deyirlər. 

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 İyul 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri