Icma.az
close
up
RU
6 yaşlı qız uşaqları da ginekoloqa aparılmalıdır Həkim AÇIQLADI

6 yaşlı qız uşaqları da ginekoloqa aparılmalıdır Həkim AÇIQLADI

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəmiyyətimizdə ginekoloji müayinələr, xüsusilə də gənc qızlar üçün hələ də tabu mövzular sırasındadır. Bir çox valideynlər övladlarının bu sahədə həkimə müraciət etməsini ya gecikdirir, ya da tamamilə qarşı çıxır. Halbuki, ginekoloji sağlamlıq təkcə cinsəlliklə deyil, ümumi reproduktiv sağlamlıqla birbaşa bağlıdır. Gənc yaşda aparılan profilaktik müayinələr, sonrakı illərdə qarşılaşa biləcək ciddi problemlərin qarşısını ala bilər. Həddən artıq gecikmiş ilk müayinələr bəzən sonsuzluq, hormonal pozuntular və ya xərçəng riskini artırır. Mütəxəssislər isə valideynlərin bu məsələyə daha açıq və elmi yanaşmalı olduğunu bildirirlər.

Yenisabah.az məsələ ilə bağlı Uzman Dr. Ginekoloq Zivər Eldarova ilə əlaqə saxlayıb.

Həkim bildirib ki, valideynlərin qız uşaqlarının bədən inkişafı, mensturasiya mərhələləri və cinsəl inkişafını öyrənmək üçün ginekoloji müayinələr mütləqdir: pizza hut

“Ümumiyyətlə, bir qadının və ya qız uşağının ginekoloqa ilk dəfə nə vaxt getməsi haqqında ümimiləşdirilmiş yaş faktoru yoxdur. Xüsusən də bizim cəmiyyətdə demək olar ki, hamı həkimə evləndikdən ya da hamilə olduqdan sonra müraciət edir. Valideynlər qız uşaqları ilə bağlı isə mensturasiya pozğunluqları yaşadığı halda həkim qəbuluna gəlirlər. Bəzən də genital bölgədə qaşınma, göynəmə halları ilə bağlı bizi yada salırlar. Bu şikayətlər olanda ailələr məcbur şəkildə həkimə müraciət edirlər. Lakin bizim məsləhətimiz ondan ibarətdir ki, qız uşaqları ilk mensturasiya olduqları zaman, hər şey normal olsa belə, həkim qəbuluna getmək lazımdır. Çünki qız uşaqlarında yaşa görə inkişaf çox fərqli olur. Qızların bədən inkişafı, mensturasiya mərhələləri və cinsəl inkişafını öyrənmək üçün ginekoloji müayinələr mütləqdir”.

Ginekoloq həmçinin qeyd edib ki, həkimlərə 6-7 yaşa qədər uşaqları ana qucağında müayinə etməyi məsləhət görür:

“Azyaşlı uşaqlar həkim qəbuluna gəldikdə 6-7 yaşa qədər uşaqları ana qucağında müayinə etməyi məsləhət görürük. Bu hal həm uşaq üçün az travmatik olur, həm də ana uşağının güvəndə olduğunu hiss edir. 7 yaşdan böyük uşaqlarla isə ünsiyyətə girmək asan olduğu üçün onları ginekoloji masada müayinə edirik. Amma yenə də ana yanında olması şərti ilə. Ehtiyac yarandığı halda xarici cinsiyyət orqanlarına baxış keçiririk. Uzi müayinəsini də zəruri ehtiyac yarandığı halda edirik.  Təcili vəziyyət olmadığı halda, bütün müayinə prosesini uşağı və valideyni vəziyyətə öyrəşdirərək edirik”.

Zivər Eldarovanın sözlərinə görə, bəzi pasientlər evlilik yaşına gəlib çıxır, amma mensturasiya görmür. Sonra məlum olur ki, onlarda genetik pozuntular var:

“Uzunmüddət qanaxma yaşayan qızlar anemiya halı ilə üzləşə bilər. Yaxud da, xəstənin kistaları varsa və mensturasiya pozğunluqları yaşayırsa, o kistaların böyüməsi və yumurtalığın çevrilməsi halları ilə qarşılaşa bilirik. Bu da əməliyyata qədər gətirib çıxardır. Eyni zamanda yumurtalıqlar funksiyasını itirdiyi üçün onların əməliyyatla götürülməsi halları ilə də qarşılaşırıq. Bu da qadınların gələcəyi üçün fəsadlar yarada bilir. Bəzi pasientlər də var ki, evlilik yaşına gəlir, amma mensturasiya görmür. Sonra məlum olur ki, onlarda genetik pozuntu və digər hormonal pozuntular var. Ona görə də xanımlar mütləq şəkildə müayinədən keçməlidir”.

Ginekoloqun sözlərinə görə,  hər il qız uşaqlarını ginekoloq yanına gətirən valideynlərin sayı artır:

“Təxminən, 10 il öncə ilə müqaisə etsək, bu hallar artıq azalıb. Bu mövzular aktuallaşdırıldıqca, insanlar arasında maariflənmə aparıldıqca, valideynlər də başa düşürlər ki, səhlənkarlıq etmək olmaz. Öz təcrübəmdən də görürəm ki, hər il qız uşaqlarını ginekoloq yanına gətirən valideynlərin sayı artır. Şikayət olsa da, olmasa da, valideynlər qızlarını ginekoloq yanına gətirməkdən çox da çəkinmirlər. Düzdür,  bölgələrdə bu bütləşdirilmiş olmazlar hələ də davam edir”. 

Aydan Hacı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 İyul 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri