Icma.az
close
up
RU
600 kiloqramlıq dana şərti kimin ağlına gəlib?

600 kiloqramlıq dana şərti kimin ağlına gəlib?

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Kənd Təsərrüfatı Nazirliyi qərar verib ki, diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə, kəsim zamanı hər kq diri çəki üzrə 0,4 manat (40 qəpik) məhsul subsidiyası veriləcək - yəni, 600 kq diri çəkisi olan heyvan kəsəndə 240 manat subsidiya ala bilərsən”.

Bu sözləri iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, Azərbaycanda kəsim üçün nəzərdə tutulan bəslənən heyvanları, ortalama, 300-350 kq diri çəkisi olanda kəsirlər:

“Məmurlar mal saxlayan, məsələn, Məhəmməd dayıya deyirlər ki, 350 kq olanda kəsmə, onları yedizdir, 600 kq olanda kəs, sənə 240 manat subsidiya verəcək - yəni, guya, Məhəmməd dayını təşviq edirlər. İngilis dilini bilməyən, amma, mal-qaranın dilini-dərdini yaxşı bilən Məhəmməd dayı indi oturub hesablayır ki, öz cöngəsinin çəkisini daha 250 kq artırmaq, onu bordamaq üçün (bu sözü məmurlar bilməz) daha çox yem lazımdır. Ətlik üçün bəslənən dana gündə ortalama 25-50 kiloqram arasında ümumi yem (ot, silos və qüvvəli yem qarışığı) istehlak edir. Dayı öz danasını, bir ilə yaxın bəsləməlidir ki, çəkisi 350 kq-dan, 600-700 kq-ya gəlsin”. Dominos pizza

Bu da gündə:

- Qüvvəli yem və kəpək: 5–7 kq (1 kq 0.45–0.60 AZN), 2.50 – 4.00 AZN

- Qaba yem (Yonca, ot, saman balyası): 10–12 kq, 1.50 – 2.50 AZN

- Silos/Çuğundur jomu və mineral qatqılar: 0.50 – 1.00 AZN

- Cəmi günlük xərc: 4.50 – 7.50 AZN (aylıq təxminən 140 – 220 AZN)

Ekspert bildirib ki, Məhəmməd dayı 1 il danasını əvvəl kəsdiyi normadan artıq bəsləyib 600+ kq çəkəyə çatdırmaq üçün, ildə, hardasa, 1500-2000 manat xərcləməlidir (hələ mən bunun əziyyətini, zülmünü demirəm) ki, axırda ingilisdilli məmurlar ona 240 manat versin:

“Şəhərdə böyüyən, camışa “əjdaha” deyən nəslin ingilis dilini bilən, xalqın dilini isə öyrənə bilməyən nümayəndələri, belə bir subsidiyalaşma düşünüblər”.Formanın Yuxarısı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Sentyabr 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see289

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see278

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see275

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see270

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see270

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see261

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see256

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see252

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see248

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see246

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see232

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see227

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see226

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see226

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see223

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see220

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see215

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see214

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see208

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri