Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Əldə olan pulu artırmaq üçün bunu edin!

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Cəbrayılda əhali tibbi müayinədən keçdi

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Gözəlliyin mühüm şərti

Gözəlliyin mühüm şərti

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Təmizlik geniş anlayışdır. Bu məfhum ətraf mühitdən tutmuş əl-ayağımıza, geyim-kecimimizə, fikir-düşüncəmizə qədər hər şeyi ehtiva edir. Hər şeydə təmizlik axtarırıq, təmiz olmayan insan olsun, heyvan olsun, əşya olsun rəğbət görməz.
Təmizlik - gigiyenadır, sağlamlıqdır, bəzəkdir, gözəllikdir, özünə hörmətdir, özünə dəyər verməkdir... Dinimiz sözün hər mənasında təmizlik mövzusuna xüsusi diqqət ayırır. İstər əxlaqi-mənəvi mənada, istərsə də, fiziki-maddi mənada təmizlik dinimizdə təkidlə təşviq edilir.
Qurani-Kərimin Bəqərə surəsində “Allah təmiz, pak olanları sevər!” - buyurulur. “Təmizlik imandandır”, - deyən Sevimli Peyğəmbərimiz (s.ə.s.) insanları sözün hər mənasında təmiz olmağa çağırır. Namaz ibadətinə hazırlaşan insan fiziki baxımdan təmiz olmaqla yanaşı, həm də mənən təmiz olmalı, hər cür dünya işlərini - iş-gücü, alış-verişi, davanı, küskünlüyü yaddaşından atmalıdır.
Doğrudur, bu təmizlik hər kəsin bacarmadığı təmizlikdir, amma ibadətə hazırlaşan hər kəs buna çalışmalıdır. Bu mövzuda bir söhbəti dəyərli oxucularla paylaşmaq istəyirik: Rəsulullahın (s.ə.s.) küçədən keçdiyini görən uşaq onun yanına qaçır və atasının evdə namaz qıldığını deyir. Uşağa təbəssümlə baxan Allahın Elçisi bir qədər durandan sonra:
- Sənin atan indi bazardadır, - deyir və yoluna davam edir.
Uşaq evə qaçır və atasının namaz üstə olduğunu görür. Ata namazı qurtaranda uşaq bir az əvvəl olanları ona danışır. Ata da kədərli halda başını aşağı əyir və:
- Peyğəmbərimiz doğru buyurur, oğlum, mən burada namaz qılsam da, bütün fikrim bazarda alış-verişdə idi, - deyir.
Yəni, Allaha yönələn insan dünyadan qurtarmalı, fikrən təmizlənməlidir.
Təbii ki, mənəvi təmizlik çox mühüm məsələdir, bu mövzuda nə qədər yazılsa, danışılsa, kifayət etmir, amma biz bu yazıda daha çox fiziki mənada təmizlikdən, gigiyenadan bəhs edəcəyik. İnsanın geyiminin köhnə olması qüsur deyil, kirli olması qüsurdur. Çoxları Həzrət Əlinin (Allah ondan razı olsun!) yamaqlı paltar geydiyini söyləyir, amma bir nəfər də olsun onu çirkli paltarda gördüyünü dilə gətirmir. Paltara çəkilən ütü təkcə ona şaxlıq, gözəllik vermək üçün deyil, həm də mikroblardan, viruslardan təmizləmək üçündür.
Havadan üstümüzə ələnən hər cür çirkab, toz əvvəlcə əynimizdəki paltara təmas edir. Ona görə də, paltarın təmizliyinə diqqət etmək düşməni kənarda qarşılamaq kimidir.
İnsanın açıq rəngli, xüsusilə, ağ çalarlı libaslar geyinməsi daha çox bəyənilir. Çünki açıq rəng insanın əhvali-ruhiyyəsini yaxşılaşdırır, ona nikbinlik gətirir. Ağ libas geyinən insan ətrafdakılara müsbət emosiyalar bəxş edir. Həm də ağ libas geyinmək insanın üzərinə bəzi məsuliyyətlər gətirir. Kir ağ rəngin üzərində daha aydın göründüyü üçün, libasın təmizliyinə daim diqqət yetirmək tələbatı yaranır.
Bədəni təmiz saxlamaq, tez-tez yuyunmaq, kir və qoxu yaradan halları aradan qaldırmaq həm təmizliyin, həm də sağlamlığın ən mühüm tələblərindəndir.
İnsanın həm bədəni, həm də geyimi həmişə təmiz olmalıdır. Xatırlayırsınızsa, bir neçə il əvvəl koronavirus yenicə yayılmağa başlayanda mütəxəssislərin ən çox verdiyi məsləhət əllərin sabunla möhkəm-möhkəm yuyulması istiqamətində idi.
Təmizlik, gigiyena məsələsindən danışanda, heç şübhəsiz ağız təmizliyinə, diş qulluğuna xüsusi əhəmiyyət vermək lazımdır. Dişlərin sağlamlığı orqanizmin ümumilikdə sağlam olmasının şərtlərindən biridir. Çünki qida ağızda yaxşı çeynənməsə, həzm sisteminin işi çətinləşir və nəticədə, mədə-bağırsaqla bağlı problemlər yaranır. Diş ağrısı isə əsəb sisteminə çox mənfi təsir göstərir.
İslam dişlərə qulluğun ən səmərəli üsulunu təklif edir. Bu, dişləri misvakla təmizləməkdən ibarətdir. Misvak unikal xüsusiyyətlərə malik bitkidir. Onun meyvəsi yeyilir, yarpaqlarından iltihab əleyhinə, yağından revmatizmə qarşı müalicə vasitəsi kimi istifadə olunur. Çubuğu isə həm diş fırçasını, həm də diş pastasını uğurla əvəz edir. C vitamini, flüor və efir yağları ilə zəngin olan misvak kariesin, diş daşlarının qarşısını alır, damağı və mina təbəqəsini möhkəmləndirir, ağızdakı xoşagəlməz qoxunu aparır, dişləri ağardır, damaqdakı qanaxmaları kəsir və s. Həmçinin, misvak həzm sisteminin fəaliyyətini yaxşılaşdırır.
Hazırda diş təmizliyi üçün geniş diş pastası seçimi var. Yatmazdan əvvəl və yuxudan duranda dişləri fırçalamaq uşaqlarda tərbiyə halına gətirilməlidir. Əgər ağız təmizlənməsə, dişlər arasında qalan ərzaq qırıntıları dişlərin çürüməsinə səbəb ola bilər.
Unutmayaq ki, yetkinlik yaşına çatdıqdan sonra insan dişində inkişaf dayanır, yəni, çəkilən dişin yerində yenisi bitmir. Hər kəs təsdiq edər ki, insan sonradan qoyulma dişlə ana dişi ilə yediyinin ləzzətini ala bilmir. Dolayısı ilə, dişləri qorumaq həm də hər cür dad-ləzzət zövqünü qorumaq deməkdir.
Dırnaqları uzatmamaq və vaxtında kəsmək də dinimizdə təkid edilən əməllərdəndir. Biz istəsək də, istəməsək də, çox yerə təmas edirik və təbii ki, bu zaman əllərimiz hər yerə toxunur. Yəni, insanın ən çox çirklənən bədən üzvü əlləridir. Əllərin təmizliyi, barmaqlar arasının təmiz yuyulması, dırnaq altının təmizliyi mühüm gigiyenik şərtlərdir. Çünki insanın qidalanması da bir çox hallarda vasitəsiz olaraq əllərlə icra olunur. Dırnaq altının çirkli olması ağız yolu ilə mikrobun, virusun bədənə daxil olması deməkdir. Dırnaq altına toplanmış çirkabdan qurtarmağın yolu dırnaqların vaxtlı-vaxtında səliqə ilə kəsilməsidir. Kəsilmiş dırnaqların da ora-bura atılması deyil, səliqə ilə toplanması və bir yerə basdırılması daha doğrudur. Əgər basdırmaq imkanınız yoxdursa, onu kağıza və ya parçaya bükülü halda da zibilə ata bilərsiniz.
Bədənin tez tərləyən nahiyələrinin təmiz saxlanılması da çox mühümdür. Çünki tər qoxusu qısa müddətdə həm insanın özünü, həm də yaxındakıları narahat edir. Doğrudur, indi tər iyinin qarşısını alan müxtəlif parfümeriya məhsulları var və gənclik onlardan geniş istifadə etməyə meyillidir. Olsun, amma məsələni həll etməyin yolu əvvəlcə o tərdən, çirkdən qurtarmaq, sonra parfümeriyadan istifadə etməkdir.
Təbii ki, bu mövzuda söhbəti kifayət qədər uzatmaq olar. Təmizlik həm də gözəllikdir, gözəlliyin ən mühüm şərtlərindən biridir.
Sizə sözün hər mənasında həm əxlaqi-mənəvi, həm də fiziki-maddi təmizlik arzulayırıq.
Murad Məmmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 04 Noyabr 2024 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see971

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see385

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see278

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see263

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see218

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see213

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see206

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see192

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see190

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see183

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see171

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see170

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see161

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see161

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri