Icma.az
close
up
RU
6000 manatlıq müavinət niyə verilmir? Mexanizm açıqlandı

6000 manatlıq müavinət niyə verilmir? Mexanizm açıqlandı

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Valideyn himayəsindən məhrum olmuş şəxslərin ilk dəfə işə düzəldikdə aldıqları birdəfəlik müavinətin ödənilməsində gecikmələr, prosedur qeyri-müəyyənliyi və geriyə dönük müraciətlərlə bağlı çətinliklər son günlər ciddi narazılıq yaradıb. Bir çox vətəndaş işə başladığı halda müavinəti ala bilmədiyini və ya hüququndan xəbərsiz olduğu üçün illər sonra müraciət edərkən ödənişdən kənarda qaldığını bildirir.

Məsələ ilə bağlı NOCOMMENT.az Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanlayıb və qurum rəsmi açıqlama verib.

Açıqlamada qeyd olunub ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna əsasən bu kateqoriyadan olan şəxslərə ilk dəfə işə düzəldikdə 6000 manat məbləğində birdəfəlik müavinət ödənilir. Müavinət 18 yaşınadək olanlara, həmçinin 18–23 yaşlarında əyani təhsildə olan şəxslərə şamil edilir.

Qurum bildirir ki, ödəniş üçün iş yerindən arayış tələb olunmur. Şəxsin ilk dəfə işə qəbul tarixi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” altsistemindən götürülür. Sisteməqədərki tarixlər üzrə məlumatlar əmək kitabçası ilə təsdiqlənir.

Açıqlamada qeyd olunur ki, 01.01.2022-ci ilədək müavinətin təyinatı Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilib, həmin tarixdən sonra prosesin icrası tam olaraq DSMF-yə həvalə olunub.

Fond həmçinin bildirib ki, müavinətin geriyə dönük ödənilməsinə dair hər hansı məhdudiyyət yoxdur.

Hüquq 01.01.2022-dən sonra yaranıbsa, DSMF birbaşa təyinat aparır. Hüquq 2022-ci ildən əvvələ aiddirsə, şəxsin əvvəl müavinəti alıb-almadığını müəyyən etmək üçün Elm və Təhsil Nazirliyinə sorğu göndərilir və ödəniş edilməyibsə, vətəndaşa müavinət tam şəkildə ödənilir.

Tarixlər üzrə ödəniş məbləğləri isə belədir:

20.12.2024-dək hüququ yaranan şəxslərə respublika üzrə orta aylıq əmək haqqının 5 misli və əlavə 265 manat kompensasiya,
20.12.2024-dən sonra hüququ yarananlara isə 6000 manat müavinət verilir.

DSMF əlavə edib ki, vətəndaşlar müavinət üçün istənilən DOST mərkəzinə və ya Fondun yerli qurumlarına müraciət edə bilərlər və proses tam elektron sistem üzərindən aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Yanvar 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri