Icma.az
close
up
RU
637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ

637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə “İstək” MMC-nin sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən Ceyhun Səfərovun ifadəsi ilə davam edib.

O, məhkəmədə ittihamda göstərilən bəzi məbləğlərlə bağlı etirazını bildirib.

“Qeyd edim ki, 47 052 manat mənimsəmə faktı müəyyən edilə bilməyib. Bununla bağlı heç bir sənəd məhkəmə ekspertizasına təqdim edilməyib. Mənə çox maraqlıdır ki, “Kapital Audit” həmin 47 052 manat mənimsəmə faktını necə müəyyən edib? Bu sənədlər elektron portalda var, məhkəmə mühasibatlıq ekspertizası bunu asanlıqla yoxlaya bilər”, - deyə C.Səfərov bildirib.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ildə şirkətlə əməkdaşlığını başa çatdırıb. Onun sözlərinə görə, ittihamda göstərilən bəzi epizodlar isə 2023-cü ilin yanvarından sonrakı dövrə aiddir.

C.Səfərov məhkəmədə saxta qəbzlərlə bağlı ekspertiza rəyinə də toxunub:

“Məhkəmə mühasibatlıq ekspertizası bildirir ki, işdə olan saxta qəbzlərlə bağlı onlara heç bir sənəd təqdim edilməyib. Ona görə də 80 270 manat məbləğində mənimsəmə faktını qəbul edə bilmirik”.

O bildirib ki, hesabatları Fərid və Soltan hazırlayıb və həmin sənədlərdə gömrük ödənişləri və digər xərclər qeyd olunaraq şirkətin rəsmi təsisçisi Hüseyn müəllimə göndərilib.

“Hüseyn müəllimin özü də həmin sənədləri Soltanın ona verdiyini etiraf edib”, - deyə C.Səfərov əlavə edib.

İş üzrə digər təqsirləndirilən Fərid Ələkbərov isə ona qarşı irəli sürülən ittihamları qismən qəbul etdiyini bildirib.

“Mən ancaq 40 min manat vəsaiti mənimsəməyimi qəbul edirəm. Məni mühasib kimi işə götürsələr də, ştatda yox idim. Əməkhaqqılarını mən idarə edirdim. Lakin qalan pulların hesablaşmalarla heç bir əlaqəsi olmayıb”, - deyə F.Ələkbərov məhkəmədə bildirib.

Məhkəmə prosesi oktyabrın 20-si saat 16:30-da davam etdiriləcək.

Xatırladaq ki, “İstək” MMC-nin vəzifəli şəxsləri olduğu bildirilən Ceyhun Səfərov, Soltan Rəsulov və Fərid Ələkbərov şirkətin 637 min manat pulunu saxta köçürmələr vasitəsilə mənimsəməkdə ittiham olunurlar.

Onlara Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (pul vəsaitlərinin leqallaşdırılması), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci və 320.2-ci (saxta sənədlərin hazırlanması və onlardan istifadə) maddələri ilə ittiham elan edilib.

İstintaq əvvəl Binəqədi Rayon Prokurorluğunda aparılıb, daha sonra Nərimanov Rayon Prokurorluğuna göndərilib.

Ceyhun Səfərov və Soltan Rəsulov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, digər təqsirləndirilən Fərid Ələkbərov barəsində isə qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Sentyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri