Icma.az
close
up
RU
65 milyon il əvvəl nəsli kəsilən balıq tutuldu ARAŞDIRMA VİDEO

65 milyon il əvvəl nəsli kəsilən balıq tutuldu ARAŞDIRMA VİDEO

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1938-ci ildə Cənubi Afrikadakı Şərqi London Muzeyinin kuratoru Marjorye Kurteni-Latimer sahil yaxınlığında tutulmuş qəribə bir balıq barədə zəng alıb.

Lent.az “EcoNews”a istinadla xəbər verir ki, limanda tapılan nümunə selakant yalnız fosil qalıqları ilə tanınan və təxminən 65 milyon il əvvəl dinozavrlar dövründə yoxa çıxdığı hesab edilən qədim lopastüzgəcli balıq olub.

Balığın qeyri-adi olduğunu anlayaraq onun qorunmasını təmin edən Kurteni-Latimer, elm tərəfindən artıq nəsli kəsilmiş sayılan bu canlıya yenidən diqqətin yönəlməsinə səbəb olub.

Sonradan “Latimeria chalumnae” kimi təsvir edilən bu nümunə, Yer kürəsinin biomüxtəlifliyinin insanları nə qədər təəccübləndirə biləcəyinin simvoluna çevrilib. Alimin xatirələrinə görə, o, əvvəlcə balığın üzərindəki selikli təbəqəni təmizləyib və bundan sonra qarşısında “indiyə qədər gördüyü ən gözəl balıq” olduğunu qeyd edib.

Soyuducuya çıxışı olmadığı və cəsədin tez çürüyəcəyindən ehtiyat etdiyi üçün o, balığın müqəvvasını hazırlamağa qərar verib ki, alimlər sonradan onu ətraflı şəkildə araşdıra bilsinlər. Bu qərar elm üçün həlledici rol oynayıb.

Onilliklər boyunca tapılan fosil qalıqları göstərib ki, bu canlılar qrupu təxminən 65 milyon il əvvəl qeyri-quş dinozavrları məhv edən böyük fəlakət zamanı tamamilə yoxa çıxıb. Buna görə də canlı selakantın aşkar edilməsi Yer kürəsinin uzaq keçmişindən gələn bir “zaman kapsulu”nun tapılması kimi qiymətləndirilib.

Alimlər bəzən Lazarus taxon terminindən istifadə edirlər. Bu anlayış fosil qeydlərində yoxa çıxmış kimi görünən, lakin sonradan yenidən canlı halda ortaya çıxan növləri ifadə edir və selakant bu halın ən məşhur nümunələrindən biri sayılır.

Sonrakı tədqiqatlar Qərbi Hind okeanında daha çox selakantın mövcud olduğunu üzə çıxarıb. XX əsrin sonlarına doğru isə alimlər İndoneziya sularında ikinci yaşayan növü müəyyən ediblər. Bu növ hazırda “Latimeria menadoensis” kimi tanınır. Beləliklə, bu balığın Yer üzündən tamamilə yoxa çıxmadığı sübut olunub.

Bu gün selakantlar IUCN Red List siyahısına daxil edilib. Afrika növü kritik təhlükə altında olan, İndoneziya növü isə həssas kateqoriyaya aid edilir. Bunun əsas səbəbləri onların nadirliyi və balıqçılıq fəaliyyətinə qarşı yüksək həssaslıqlarıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Aprel 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri