66 il əvvəl proqnozlaşdırılıb: Dünya sabah DAĞILACAQ
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
1960-cı ildə üç fizik bəşəriyyətin sonunun 13 noyabr 2026-cı ildə çatacağını proqnozlaşdırıb. Alimlərin bu qeyri-adi hesablaması əhalinin sürətlə artması ilə bağlı olub.
Turkustan.az xəbər verir ki, Almaniyanın “Der Spiegel” jurnalı 1960-cı ildə “Science” elmi nəşrində dərc olunan araşdırmanı yenidən gündəmə gətirib.
Qeyri-adi proqnozun müəllifləri avstriyalı fizik Haynts fon Förster və onun İllinoys Universitetindən olan iki həmkarı olub. Onlar Yer kürəsinin əhalisinin sürətlə artmasının bəşəriyyətin məhvinə səbəb ola biləcəyini irəli sürüblər.
Alimlərin hesablamalarına görə, dünya əhalisinin iki dəfə artması üçün tələb olunan müddət getdikcə qısalırdı. Bu tendensiya davam etsəydi, 2026-cı ildə planetin əhalisi nəzəri olaraq sonsuzluğa çatmalı idi.
Maraqlıdır ki, tədqiqatçılar dünyanın sonu üçün konkret tarix müəyyən etməmişdilər. Onların düsturu yalnız bir neçə illik xəta payı ilə 2026-cı ili göstərirdi. Haynts fon Förster isə son tarix kimi 13 noyabr cümə gününü seçmişdi. Bu tarix həm də fizikin doğum gününə təsadüf edirdi.
Lakin müasir alimlər hesab edirlər ki, apokalipsisdən narahat olmağa əsas yoxdur. Çünki həmin riyazi model yalnız müəyyən tarixi dövr üçün keçərli olub. Hazırda Yer kürəsində təxminən 8,3 milyard insan yaşayır və əhali artımının sürəti əhəmiyyətli dərəcədə azalıb.
Qeyd edək ki, alimlər daha əvvəl doğum səviyyəsinin aşağı düşməsi səbəbindən dünya əhalisinin gələcəkdə azala biləcəyi barədə də xəbərdarlıq ediblər. Proqnozlardan birinə görə, bəşəriyyətin sayı 2056-cı ildə 9 milyarda çataraq pik həddə yüksələcək, bundan sonra azalmağa başlayacaq.
BMT isə dünya əhalisinin sayının daha gec - 2080-ci illərin ortalarında təxminən 10,3 milyarda çataraq maksimum həddə yüksələcəyini proqnozlaşdırır./Publika.az
Baxış sayı:50
Bu xəbər 12 Noyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















