Icma.az
close
up
RU
685 bələdiyyə üzrə...

685 bələdiyyə üzrə...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ümumilikdə 8071 üzv seçiləcək

Müstəqil Azərbaycan mühüm ictimai-siyasi hadisə ərəfəsindədir. Mərkəzi Seçki Komissiyası (MSK) ölkəmizdə keçirləcək sayca altıncı bələdiyyə seçkilərinin vaxtını təyin edib. Seçkilər 2025-ci il yanvarın 29-da keçiriləcək.

Qarşıdan gələn seçkilərin xüsusi bir özəlliyi ondan ibarətdir ki, bu seçkilər müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkənin bütün ərazisində keçirləcək. Otuz il ərzində Ermənistanın işğalı altında olan ərazilərimizdə seçkilərin keçirlməsi mümkün olmurdu. 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiuterror tədbirlərində qazanılan möhtəşəm qələbələrimizdən sonra cari ildə ilk dəfə ölkənin bütün ərazisində böyük uğurla prezident və parlament seçkiləri baş tutdu. İndi isə növbə bələdiyyə seçkilərinə çatıb.

MSK hazırlıq tədbirlərini davam etdirir

Ölkə üzrə qarşıdan gələn seçkilərə ciddi hazırlıq görülür. MSK tərəfindən seçkilərin yüksək səviyyədə təşkil olunması üçün müvafiq prosedur qaydaları müəyyənləşdirlir.  Mərkəzi Seçki Komissiyasının dekabrın 2-də keçirilən növbəti iclasında seçkilərlə bağlı daha bir neçə mühüm məsələlər müzakirə olunub. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən məlumata əsasən, əvvəlcə Komissiyanın noyabrın 26-da və 27-də keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən siyasi partiya tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.

İclasda daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Xatırladaq ki, 6-cı bələdiyyə seçkilərinin vaxtı MSK-nın Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il noyabrın 27-də keçirilən iclasında müəyyənləşdirilib. Eyni zamanda, həmin iclasda “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın hər bir hissəsi ayrı-ayrılıqda oxunub və müzakirə olunaraq təsdiq edilib. İclasda qarşıdan gələn bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, habelə vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb, Komissiya üzvləri və Katibliyin əməkdaşları da daxil olmaqla, Mərkəzi Seçki Komissiyası nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Dairə seçki komissiyaları nəzdində Seçki Məcəlləsinə uyğun şəkildə 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilib.

İslahatlar zamanın tələbidir

Bütövlükdə, ölkəmizdə bələdiyyə seçkilərinin keçirlməsinin və yerli özünüidarəetmə orqanlarının formalaşdırlmasının hüquqi çərçivələri bəlli olsa da, zaman ötdükcə və yeni reallıqlar yarandıqca bu sahədə də qarşıya yeni çağırşlar çıxır və islahatlara ehtiyac yaranır. Bələdiyyələr ölkə üzrə vətəndaşlara yaxın olan bir icra strukturudur. Deməli, onların fəaliyyətlərinin səmərəliliyini artırmaqla son nəticədə ölkənin inkişafına daha sanballı töhfə vermək, eyni zamanda, vətəndaş məmnunluğunu yüksəltmək mümkündür. Azərbaycanın dövlət siyasətinin mərkəzində məhz inkişaf və sosial rifah amili dayanır. Bələdiyyələr də fəaliyyətlərində vətəndaş iştirakçılığını geniş miqyasda təmin etməklə bu siyasətdə fəal rol almalıdırlar. Son vaxtlarda hüquqi bazanın möhkəmləndirilməsi, bələdiyyələrin formalaşdırlması ilə bağlı yeniliklərin qüvvəyə minməsi də məhz bu məqsədə xidmət edir. Xəbər verildiyi kimi, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunlarda əlavə və dəyişikliklər edilib. Son olaraq Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu  təsdiqləyib. Şübhə yoxdur ki, bəhs olunan dəyişikliklər bələdiyyələrin funksional bir qurum kimi fəaliyyətinə müsbət təsir göstərəcək və onların çevikiyini artıracaq.

Ölkə üzrə hansı sayda bələdiyyələr formalaşdırılacaq?

Müvafiq  qanunlara edilən dəyişikliklərə əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla digər bələdiyyələrlə birləşdirilir. Nəticədə, bələdiyyələrin sayı 3 dəfəyə yaxın azaldılaraq 1450-dən 685-ə endiriləcək. Struktur dəyişikliyi nəticəsində 2025-ci ildən təxminən əvvəlki mövcud olan 800-ə yaxın bələdiyyə hüquqi statusunu itirmiş olacaq. MSK-nın sədri   Məzahir Pənahovun verdiyi məlumata əsasən Azərbaycanda 685 bələdiyyə üzrə ümumilikdə 8071 üzv seçiləcək.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2024 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri