Icma.az
close
up
RU
697,5 bal toplayan Aysu: “Hədəfim 700 bal idi”

697,5 bal toplayan Aysu: “Hədəfim 700 bal idi”

Icma.az, Modern.az saytına istinadən bildirir.

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyulun 12-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.

I ixtisas qrupi üzrə ən yüksək nəticə göstərən - 697.5 bal toplayan 2 nəfərdən biri Qubadlı rayonundakı Əliyar Əliyev adına Qəzyan kənd orta məktəbinin məzunu Aysu Məhərrəmlidir. 

Modern.az saytı Aysu Məhərrəmli ilə həmsöhbət olub və onun qəbul təəssüratlarını öyrənib:

O qeyd edib ki, ilboyu yüksək nəticə göstərəcəyinə inanıb və hədəfi maksimum - 700 bal toplamaq olub.

“İl ərzində nəticələrim yüksək idi. Hətta əvvəlki sınaqlardan etibarən deyirdim ki, 700 bal yığacam. Əslində elə olmadı, amma 697,5 bal da buna çox yaxındır. İmtahandan çıxandan sonra isə kodlaşdırma prosesini çox stresli vəziyyətdə yerinə yetirdiyim üçün cavablar açıqlanana qədər narahat idim. Düşünürdüm ki, bəlkə haradasa səhv etmişəm. Buna görə də nəticəni görəndə həm çox təəccübləndim, həm də çox sevindim”.

Aysu Məhərrəmli ali təhsilini Bakı Ali Neft Məktəbində İnformasiya Təhlükəsizliyi ixtisası üzrə davam etdirmək istədiyini deyib.

“Telefonuma bildiriş gəldi. Həmin vaxt anam da yanımda idi. Bu sevinci ilk olaraq onunla bölüşdüm”.

Hazırlıq prosesindən danışan Aysu Məhərrəmli qeyd edib ki, qəbul imtahanına 10-cu sinifdən etibarən repetitor yanında hazırlaşıb:

“10-cu və 11-ci sinifdə hazırlığa getmişəm. Hazırlıq prosesim iki il ərzində bir qədər fərqli olub. 10-cu sinifdə gün ərzində təxminən 7-8 saat dərs oxuyurdum. 11-ci sinifdə isə bu müddət 6-7 saata endirdim. Çünki artıq proqramın böyük hissəsini mənimsəmişdim və daha çox bildiklərimin üzərinə əlavə edirdim. Hər iki imtahana son bir ay qalmış isə hazırlığımı daha da intensivləşdirmişdim və bəzi günlər 10 saata yaxın çalışırdım”.

687 bal toplayan abituriyent gələcək imtahan iştirakçılarına planlı və intizamlı olmağı da tövsiyə edib:

“Abituriyentlərə ilk növbədə planlı olmağı tövsiyə edərdim. Məncə, plan qurmaq ən vacib məsələlərdən biridir. Plansız şəkildə irəliləmək mümkün deyil. Eyni zamanda motivasiyanın gəlməsini gözləməsinlər. Çünki əsas olan motivasiya deyil, intizamdır. Motivasiya gəlib-keçən hissdir, amma bu yolu sonadək davam etdirməyə kömək edən məhz intizamdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 İyul 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri