Icma.az
close
up
RU
7 günə arıqlamaq istəyənlər üçün pəhriz proqramları

7 günə arıqlamaq istəyənlər üçün pəhriz proqramları

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni mövsüm və ya xüsusi günlər ərəfəsində artıq çəkidən qurtulmaq və daha formada görünmək istəyənlərin sayı artır. Lakin qısa müddətdə çəki itirmək üçün tətbiq edilən sərt pəhrizlər sağlamlıq üçün risk yarada bilər.

Demokrat.az sürətli arıqlama ilə bağlı məşhur pəhriz proqramlarını təqdim edir.

1. Bədəni pəhrizə hazırlamaq

Sərt pəhrizə başlamazdan əvvəl kifayət qədər su qəbul etmək, rasiona tərəvəz, alma və azyağlı kefir kimi yüngül qidalar əlavə etmək tövsiyə olunur. Un və şirniyyat məmulatlarının, həmçinin yüksək kalorili qidaların qəbulunu azaltmaq vacibdir.

2. 7 günlük sərt pəhriz

Sürətli çəki itkisinə yönələn bəzi pəhriz proqramlarında hər gün məhdud sayda məhsuldan istifadə edilir:

1-ci gün: 5 ədəd suda bişirilmiş kartof;
2-ci gün: 100 qram yağsız, suda bişirilmiş toyuq filesi;
3-cü gün: 100 qram suda bişirilmiş mal və ya qoyun əti;
4-cü gün: 100 qram suda bişirilmiş balıq;
5-ci gün: Banan və üzüm istisna olmaqla, təxminən 1,5 kiloqram meyvə və tərəvəz;
6-cı gün: Gün ərzində ümumilikdə 2 litr kefir;
7-ci gün: Qazsız mineral su. 3. Qarabaşaq pəhrizi

Populyar üsullardan biri də qarabaşaq pəhrizidir. Bu rejimdə duz, şəkər və yağ əlavə edilmədən hazırlanan qarabaşaqdan istifadə olunur.

Bir stəkan qarabaşağın üzərinə axşamdan qaynar su tökülür və səhərə qədər saxlanılır. Hazırlanan qarabaşaq gün ərzində kiçik porsiyalarla qəbul edilir. Bəzi proqramlarda əlavə olaraq azyağlı qatıq və ya kefir içilməsinə icazə verilir.

4. Qarpız pəhrizi

Qarpızın tərkibindəki yüksək su miqdarı və sidikqovucu təsiri səbəbindən bəzi insanlar onu qısa müddətli pəhrizlərdə istifadə edirlər. Belə rejimlərdə səhər yüngül sıyıq və ya tərəvəz, naharda isə suda bişirilmiş ət və ya balıq qəbul edilir. Axşam əsasən qarpız yeyilir.

Mütəxəssis xəbərdarlığı

Sürətli çəki itkisinə səbəb olan bu cür sərt pəhrizlər hər kəs üçün uyğun deyil. Belə proqramlar qida çatışmazlığına və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də pəhrizə başlamazdan əvvəl həkim və ya dietoloqla məsləhətləşmək, xüsusilə xroniki xəstəliyi olan şəxslərin isə mütəxəssis nəzarəti olmadan sərt pəhriz tətbiq etməməsi tövsiyə olunur.
Jalə
Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Avqust 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri