“7 ildir ki, bizə olmayan əziyyəti verir” Video
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakının Nəsimi rayonu, Maqsud Əlizadə küçəsi 46 ünvanında çoxmərtəbəli binanın inşası ətrafda yaşayan sakinlər üçün təhlükə törədir.
Hurriyyet.Media xəbər verir ki, onlar bu iddialarla Xəzər TV-yə müraciət ediblər.
Şikayətçilərin sözlərinə görə, “Baku Rifah MTK” heç bir təhküləsizlik tədbirləri görmədən tikinti işlərini davam etdirir. Sakinlər təklif olunan kompensasiya məbləğinin bazar qiymətindən aşağı olduğunu iddia edirlər.
“Şirkət 7-ci ildir ki, bizə olmayan əziyyət verir. Bütün binanın zibili, səs küyü həyətdədir. Hazırda mənim evimin arxasını qazırlar. Mən bu evdən çıxmaq istəmirəm, imkan versinlər rahat yaşayım...”, - sakinlərdən biri bildirib.
Digər sakin isə kvadrat metrə görə cəmi 1600 manatdan kompensasiya təklif olunduğunu, evlərinin qəzalı vəziyyətə salındığını, lakin təmir olunmadığını qeyd edib.
MKT rəsmisi Emin Nəsirov isə sakinlərə 1800-2000 AZN kompensasiya təklif olunduğunu bildirib. O qeyd edib ki, evlər sökülməlidir ki, yeni binanın tikintisinə başlanılsın.
Daha ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 21 Avqust 2026 07:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















