Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

7 illik prezidentliyinin dörd ilində ancaq vuruşdu...

7 illik prezidentliyinin dörd ilində ancaq vuruşdu...

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin inauqurasiyasından 7 il ötür.

“Qafqazinfo” xəbər verir ki, 2019-cu ildə keçirilən prezident seçkilərində əsas rəqibi, ovaxtkı dövlət başçısı Viktor Poroşenkoya böyük səs üstünlüyü ilə qalib gələn Zelenski siyasi karyerasına qədər daha çox aktyor-şoumen və prodüser kimi tanınırdı.

Prezidentliyinin ilk illərində Zelenski korrupsiyaya qarşı mübarizə, dövlət idarəçiliyində islahatlar və Donbas bölgəsindəki münaqişənin həlli istiqamətində addımlar atacağını bəyan etmişdi. Onun hakimiyyətə gəlişi Ukrayna siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilmişdi.

2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi isə Zelenskinin siyasi fəaliyyətində əsas dönüş nöqtəsinə çevrildi. Artıq 4 il 3 aydır davam edən hərbi əməliyyatlar dövründə o, Ukraynada qalaraq “Mənə təxliyə yox, sursat lazımdır” mesajı verməklə həm ölkə daxilində, həm də beynəlxalq arenada müqavimətin simvoluna çevrildi.

Sonrakı illərdə Ukrayna həm cəbhədə, həm diplomatik masada mübarizəni davam etdirdi. Avropa İttifaqına namizəd statusunun alınması, NATO ilə yaxınlaşma və milyardlarla dollarlıq beynəlxalq yardım Zelenskinin diplomatik uğurlarından oldu.

Eyni zamanda, ABŞ Prezidenti Donald Trampla münasibətlər, xüsusilə 2025-ci ilin fevralında Ağ Evdə baş tutmuş qalmaqallı görüş, onun siyasi fəaliyyətində diqqətçəkən hadisələrdən biri kimi yadda qaldı.

Son illər ərzində Zelenski dünyanın müxtəlif ölkələrinə rəsmi səfərlər edib, beynəlxalq təşkilatlarda çıxışlar edərək Ukraynaya dəstək çağırışlarını davam etdirib. Bununla yanaşı, ölkə daxilində iqtisadi çətinliklər, enerji infrastrukturu ilə bağlı problemlər, müharibənin yaratdığı sosial təsirlər və prezidentin yaxın ətrafı ilə bağlı qalmaqallar gündəmdə qalıb.

Hakimiyyətə gələrkən yalnız bir müddətlik prezident olacağını vəd edən Zelenski, ölkənin müharibə şəraitində olması səbəbindən artıq 7 ildir ki, dövlət başçısı olaraq fəaliyyət göstərir. Ölkədə növbəti prezident seçkilərinin nə vaxt keçiriləcəyi və Zelenskinin yenidən namizəd olub-olmayacağı hələ məlum deyil, amma arxada qalan 7 il Ukrayna tarixinin ən mürəkkəb və həlledici dövrlərindən biri kimi yadda qalacaq. Onun siyasi fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq arenada uzun müddət müzakirə olunmağa davam edəcək.

Cavid Məmmədov






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 May 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri