Icma.az
close
up
RU
“7 iyun” üçün “27 oktyabr” təhlükəsi

“7 iyun” üçün “27 oktyabr” təhlükəsi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaxud Ermənistanda siyasi terror ehtimalı barədə

“Biz seçki məntəqələrinə getməli və 16 nömrəyə səs verərək sülhün tərəfdarı olmalıyıq. Bu səs məcburiyyət və ya rüşvət yolu ilə alınmamalı və alına bilməz”. Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan paytaxt İrəvanın Avan rayonunda seçicilərlə görüş zamanı bildirib.

Nikol çıxışında başqa məqamlara da toxunub. Məsələn, o, xalqın xidmətçisi olduğunu, xalq ona “get” deyəcəyi təqdirdə, hakimiyyətdən uzaqlaşacağını deyib: “Xalq mənim getməli olduğuma qərar verdiyi anda, heç bir müzakirə olmadan gedəcəyəm. Əgər 700 min insan, seçicilərin 50+1 faizi desə ki, “Nikol, qal” Nikol qalacaq. Əgər desə ki, “Nikol, get”… onda Nikol kimdir ki, getməsin? Nikol qulluqçudur. Məgər qulluqçu deyə bilər ki, yox, mən getməyəcəyəm?”.

Məlum olduğu kimi, Ermənistanda xalqın “get” demədiyi hallarda da liderlərin siyasi səhnədən uzaqlaşdırılması təcrübəsi var. Əlbəttə, buna təcrübə demək bir o qədər yerinə düşmür. Çünki söhbət 1999-cu il oktyabrın 27-də ölkə parlamentindəki terrordan gedir. Onun nəticəsində baş nazir və parlament sədri də daxil olmaqla, ümumilikdə, 8 yüksək ranqlı şəxs öldürüldü. Qətlə yetirilənlər arasında Ermənistan Milli Assambleyasının sədrinin iki müavini və nazirlər də var idi.

1999-cu ilin “parlament terroru”nu gerçəkləşdirən Nairi Hunanyandan, qardaşı Karendən, əmisi Vramdan və digər iki şəxsdən ibarət qrup üzləri dövlət çevrilişi etdiklərini bildirmişdilər. Onlar öz hərəkətlərini vətənpərvərlik və millətin öz hisslərini yenidən qazanması baxımından əsaslandırmış və demişdilər ki, “hakimiyyəti millətə etdikləri işlərə görə cəzalandırmaq” istəyirlər.

Qeyd edək ki, 1988-ci ildə Ermənistanda baş qaldırmış mənfur “Qarabağ hərəkatı”nın aparıcı şəxslərindən sayılan və “27 oktyabr”ın qurbanına çevrilmiş baş nazir V.Sarkisyan Birinci Qarabağ müharibəsində iştirak etmiş, ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın dövründə müdafiə naziri postunu tutmuşdu. O, hətta Levonun istefasını doğurmuş kampaniyanın da fəallarından biri kimi ad çıxarmışdı.

Lakin V.Sarkisyanın 1998-ci ildə hakimiyyətə yiyələnmiş Robert Koçaryanın təmsil olunduğu “Qarabağ klanı” ilə münasibətləri rəvan deyildi. Koçaryandan və sözügedən klandan fərqli olaraq, Sarkisyan parlament sədri Karen Dəmirçyanla birlikdə Azərbaycana güzəşt ritorikasının təbliğinə girişmişdi. Bu siyasi xətt isə “Qarabağ klanı”nı xaricdən idarə edənlər üçün sərfəli deyildi. Ona görə sərfəli deyildi ki, öz təmsilçiləri olan Koçaryan prezident olmasına rəğmən, Ermənistanın ozamankı idarəçilik quruluşuna görə, faktiki olaraq, heç kəs idi. Parlament terroru, ilk növbədə, məhz bu durumu aradan qaldırdı və Robertin mövqeləri gücləndi. Mütləq hakimə çevrilən Koçaryan həmin vaxtadək aparılmış Qarabağ danışıqlarındakı müsbət ahəngi pozdu.

Baş nazir V.Sarkisyanın öldürülməzdən əvvəl terrorçu N.Hunanyan demişdi ki, “hər şey sizin və uşaqlarınızın gələcəyi üçün edilir”. Paşinyan isə İrəvanın Avan rayonunda seçicilərlə görüşündə bildirib ki, “Biz səs veririk, çünki dövlətin, sülhün və Ermənistanın gələcəyinin müdafiəsinə qalxmalıyıq”. Çünki o, ölkəsində 1999-cu ildə doğulmuş uşaqların 2020-ci ildə İkinci Qarabağ müharibəsində həyatlarını itirdiklərini, böyük ölçüdə, gələcək görmədən öldüklərini bilir.

Ermənistanı gələcəyi olmayan yola salmaq istəyənlər özlərinin revanşist və şovinist baxışlarını sadə ermənilərə sırımağa, ölkənin barış yolunu əngəlləməyə çalışırlar. Belələri hər cür azğınlığa baş vurular. Ermənistanda siyasi gərginliyin durmadan yüksəldiyi hazırkı şəraitdə yalnız “ikinci Hunanyan”ın olmadığını söyləyə bilərik. Hərçənd, 27 il əvvəl yaşananların mahiyyətinə nəzər salsaq, yeni terrorçunun ortaya atılmasının mümkünlüyü barədə ehtimal yürütmək olar. Yəni Baş nazir Paşinyana və ətrafına qarşı sui-qəsd cəhdi yaşana bilər.

Bəli, 1999-cu ilin parlament terroru Ermənistanı Azərbaycana güzəşt yolundan döndərmək məqsədi daşımışdı. Əslində, söhbət heç də güzəştdən getmirdi. Məsələ durumu düzgün qiymətləndirməkdə idi. Onun fərqli olduğunu hamıdan əvvəl prezident L.Ter-Petrosyan hiss etmişdi. Levon Qarabağ üzrə danışıqlar prosesində dünyanın Ermənistanı dəstəkləmədiyinin, Qarabağı bu ölkənin ərazisi olaraq tanımadığının fərqinə varmışdı. Sonradan Sarkisyan və K.Dəmirçyan ikilisi də eyni məqamı düşündüklərindən öldürüldülər.

Sarkisyan-Dəmirçyan tandeminin, eləcə də parlament terroru nəticəsində digər şəxslərin aradan götürülmələri reallığını doğurmuş cinayətin üstü bu gün də açılmayıb. Yəni 27 oktyabr hadisəsi Ermənistan cəmiyyətində açılmamış siyasi sirr və travma kimi qəbul olunur. İkinci belə bir travmanın yaşanması ehtimalı isə ölkədə parlament seçkiləri ilə bağlı gərginliyin getdikcə artmasından qaynaqlanır. Başqa sözlə desək, Paşinyan xalqın ona “get” deməyəcəyi təqdirdə də hakimiyyətdən uzaqlaşa, kimlərinsə “Nikol kimdir ki, getməsin” deyərək, onu fiziki cəhətdən neytrallaşdırmaları mümkündür.

Sonda ümumiləşdirmə apararaq deyək ki, Paşinyana və ətrafına qarşı terror aktı onların idarə etdikləri bugünkü Ermənistanın “Qarabağ hərəkatı” məntiqindən, ümumən, avantüradan uzaq durduğu üçün gerçəkləşdirilə bilər. Axı bu “hərəkatı” xaricdən ölkəyə sırımaqyönümlü baxışların səsləndiyini gördük. O baxışlar ki, onu ortaya atanların bu yolla Cənubi Qafqazdan möhkəm yapışmaq, köhnə təsir alətlərini bərpa etmək niyyətlərindən yaxşı xəbərdarıq.

Yeri gəlmişkən, 27 il əvvəlki terror dövlətçiliyə qəsd kimi qiymətləndirilmişdi. Əslində, belə idi, amma bir qədər fərqli. N.Hunanyanı və dəstəsini ortaya atanlar qəsdi gerçəkləşdirməklə, ölkədə dövlətçilik anlayışından uzaq quldur təfəkkürlü idarəçilik rejimini möhkəmləndirdilər. Ona görə hesab edirik ki, dövlətçiliyə əsl qəsd 27 il əvvəl yaşananların indi təkrarlanması olar. Qəsdin ölkəmizə qarşı təcavüzkar siyasət məntiqi olduğunu düşünsək, tarixi təkrarlamaq istəyənlərə sözümüz var: hazırkı Azərbaycan 27 il əvvəlki Azərbaycan deyil.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 May 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri