Keçən il 3 manat idi Qiyməti kəskin düşdü
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Göyçayda narın qiyməti ucuz olsa da alıcısı yoxdur.
Milli.Az xəbər verir ki, ağacdakı narların çölü özgəni, içi fermerləri yandırır. Məhsullar elə ağacdan çürük və xarab çıxır. Fermerlər bildiriblər ki, məhsula nə qədər dərman vursalar da narlar yenə də paralanır:
"Bu il gözlədiyimiz məhsulu yığa bilmədik. Məhsullarımız paralanıb. Məhsulun azlıq səbəbi həm yağıntıların çox olması, həm də xəstəliklə bağlı olduğunu düşünürük".
Məsələ ilə bağlı aqronom Allahverdi Mustafayev qeyd edib ki, yağıntılı hava narda da xəstəliklərin yayılması üçün əlverişli şərait yaradır. Narın meyvəsinin qabığının böyüməsi içərisindəki gilənin inkişafı uyğun gəlmir. Zədələnmiş qabıqdan sonra məhsul çürüməyə başlayır.
Aqronom deyib ki, əsas olan dərmanlamaq yox, dərmanlamanı düzgün vaxtda eləmək lazımdır.
Dərman çiləməklə məhsul qorunmur. Onu hansı miqdarda, hansı vaxtda, necə istifadə olunması çox önəmlidir.
Bəs bazarda məhsul neçəyədir?
Fermerlər hazırda məhsulu 80 qəpiyə satdıqlarını bildiriblər.
Elə satıcılar da alıcı qıtlığından gileylənirlər.
Qeyd edək ki, nar keçən il 2-3 manata satılırdısa, bu il 80 qəpik - 1.50 manat arası alıcılara təklif olunur.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 02 Noyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















