Icma.az
close
up
RU
7 yaşında 21 medal qazanan azərbaycanlı şagird FOTO

7 yaşında 21 medal qazanan azərbaycanlı şagird FOTO

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Kiçik yaşından böyük uğurlara imza atan məktəbli – Abdullayeva Hümeyra Qabil qızı 336 nömrəli məktəbin 2-ci sinif şagirdidir. Hümeyra 1-ci sinifdən etibarən müxtəlif yerli və beynəlxalq olimpiada və imtahanlarda iştirak edərək artıq 21 medal, 63 sertifikat, fəxri fərman və diplom qazanıb. O, İMEC, FISO IQ, FISO Math, STEMco kimi beynəlxalq olimpiadalarda yüksək nəticələr göstərərək ölkəmizi Avstraliya, Sinqapur və Birləşmiş Ərəb Əmirliklərində keçirilən final mərhələlərində təmsil etmək hüququ əldə edib.

Ən böyük uğuru isə bu il Dubayda keçirilən FISO Math beynəlxalq riyaziyyat yarışmasında "Diamond" mükafatı qazanaraq dünya birincisi olmaq olub. Gərgin hazırlıq, yuxusuz gecələr və yorulmadan çalışan Hümeyra arzularına çatmağın sevincini yaşayıb.

İndi isə onunla bu uğur yolunun mərhələləri, qarşılaşdığı çətinliklər və gələcək planları barədə söhbətləşirik.

 - Humeyra, bu qədər uğura necə nail olduğun barədə danışa bilərsənmi?

Hər bir uğurun arxasında inam, zəhmət və çalışqanlıq dayanır. Məktəbə qədəm qoyduğum ilk gündən dərslərimi yaxşı oxumağa çalışmışam. Daha sonra biliklərimi müxtəlif imtahanlarda sınamağa başladım və uğura gedən ilk addımlarım da məhz buradan başladı.

 - İlk beynəlxalq olimpiadaya nə zaman və necə qatıldın? O təcrübəni necə xatırlayırsan?

İlk beynəlxalq olimpiadaya qatılana qədər artıq bir çox imtahanlarda iştirak etmiş, çoxlu sayda sertifikat və medal qazanmışdım. Artıq məndə imtahan qorxusu və həyacan yox idi. Qərara gəldim ki, sertifikatlarıma beynəlxalq uğurlar da əlavə etməyin vaxtıdır və Global Olympik Center tərəfindən təşkil edilən İMEC beynəlxalq riyaziyyat olimpiadasına qatıldım. Bu olimpiadada bürünc medal qazandım. Daha sonra iştirak etdiyim beynəlxalq olimpiadalarda daha çox əzmkarlıq və çalışqanlıq göstərərək qızıl medallar əldə etdim. Bu qədər uğurdan sonra artıq dünya finalına addım atmalı olduğumu düşündüm.

 - 21 medal və 63 sertifikat – bu uğurları qazanmaq üçün hansı çətinliklərdən keçdin?

Bu uğurları qazanmaq üçün ilk növbədə qalibiyyətə inanmalısan. Heç zaman ruhdan düşməməli və daim irəliyə doğru addımlamalısan. Əslində, keçdiyim hər imtahan, qazandığım hər uğur məni daha da həvəsləndirirdi və daha böyük hədəflər üçün daha çox çalışmalı olduğumu anlayırdım. Bəzən çox yorulsam da, əldə etdiyim uğurlar bu yorğunluğu şirin bir xoşbəxtliyə çevirirdi.

 - Sənə ən çox çətin gələn olimpiada hansısı idi və niyə?

İlk beynəlxalq olimpiadaya qatıldığımda 2-ci sinfə yeni başlamışdım. Bu imtahan mənim üçün bir qədər çətin oldu, çünki suallar beynəlxalq səviyyəli idi. Lakin buna baxmayaraq, finala vəsiqə qazanmağı bacardım. Bu olimpiada mənə riyaziyyatın dərinliklərini öyrənmək üçün daha çox çalışmalı olduğumu göstərdi.

 - Ən çox sevdiyin fənn riyaziyyatdır? Başqa sevdiyin fənlər varmı?

Bəli, ən çox sevdiyim fənn riyaziyyatdır. Məncə, bu sevgim atamdan qaynaqlanır. Bütün fənləri oxuyuram, amma riyaziyyatdan sonra ingilis dilini də böyük maraqla və sevgi ilə öyrənirəm.

 - BƏƏ-nin Dubay şəhərində keçirilən FİSO Math yarışmasına necə hazırlaşdın?

Dünya finalında Azərbaycanı təmsil edib qalib olmaq mənim ən böyük arzum idi. BƏƏ-nin Dubay şəhərində keçirilən final mərhələsi bu arzumun gerçəkləşməsi üçün bir qapı oldu. Bu imtahana hazırlaşarkən bəzən test işləyərkən yuxulayırdım, amma yorulmur, inadla davam edirdim. Çünki məqsədim böyük idi – mən Vətənimi təmsil edəcəkdim! Bu isə məni daha da əzmkar və qətiyyətli edirdi.

 - Dünya birincisi olduğunu öyrənəndə hansı hissləri keçirdin?

Dünya finalında çox sayda ölkədən şagirdlər iştirak edirdi. Mükafatlandırma mərasimində ardıcıl olaraq bürünc, gümüş və qızıl medal qazananlar səhnəyə dəvət olundu. Artıq qızıl medal sahibləri də elan olunmuşdu və ürəyim sürətlə döyünürdü. Elə bu anda səhnəyə dəvət olundum: "Abdullayeva Hümeyra – Diamond mükafatı! Dünya birincisi!” Sanki səhnəyə gəzərək yox, qanad açaraq çıxmışdım. Hədəfimə çatmağın verdiyi xoşbəxtlik sözlə ifadə olunmaz idi.

 - Bu uğurdan sonra həyatında nə kimi dəyişikliklər oldu?

Bu, mənim ilk xarici səfərim idi. Əslində, atamla birlikdə yola çıxmalı idik, lakin reyslər təxirə düşdüyü üçün geri qayıtmalı olduq. Daha sonra Global Olympik Center komandası ilə təkbaşına yola düşdüm. Təsəvvür edin, ilk dəfə səyahətə çıxıram, valideynlərimdən bu qədər uzaqda tək idim və cəmi 7 yaşım var! Saatlarla yol gedib, cəmi bir neçə saat dincəldikdən sonra imtahana qatıldım və maksimum nəticə əldə etdim. Bu səfərdən sonra özümə olan inamım və cəsarətim daha da artdı. Evə qayıtdığımda ilk işim valideynlərimi və balaca qardaşlarımı doyunca qucaqlamaq oldu.

 - Səni bu qədər çalışqan və motivasiyalı edən nədir?

Motivasiya mənbəyim və qəhrəmanım atamdır. Mən atamın qızıyam və hər zaman onun kimi çalışqan, zəkası və biliyi ilə seçilən, Vətənini sevən bir insan olmağa çalışıram. Atam gənc yaşlarında bir çox uğurlar əldə edib. Hər dəfə uğur qazandığımda onun: "Aferin, mənim ağıllı qızıma! Səninlə qürur duyuram!” – deməsi mənə böyük inam və güc verir. Gələcəkdə onun kimi olmaq istəyirəm.

 - Hansı şəxslər bu yolda sənə ən çox dəstək olub?

Bu yolda mənə ən çox dəstək olan insanlar valideynlərim və müəllimlərim olub. Onların üzərimdə haqqı çox böyükdür. Amma xüsusilə Anama təşəkkür edirəm. O, gecə-gündüz demədən mənimlə birlikdə çalışdı, ürəyindəki qorxu və narahatlıqlara baxmayaraq, mənə bu səfərə çıxmalı olduğuma və qalib gələcəyimə inandırdı.

 - Digər uşaqlara və sinif yoldaşlarına nə kimi tövsiyələr verə bilərsən?

Uşaqlara demək istəyirəm ki, uğur qazanmaq üçün çox çalışsınlar, dərslərə diqqətlə qulaq assınlar, vaxtlarını düzgün planlaşdırıb elektron cihazlardan səmərəli istifadə etsinlər. Ən əsası isə – heç zaman inamlarını itirməsinlər və imtahanlarda həyəcanlanmasınlar.

 - Gələcəkdə hansı sahədə təhsil almaq və hansı peşəyə sahib olmaq istəyirsən?

Mən insanlara yardım etməyi çox sevirəm və buna görə də gələcəkdə həkim olmaq istəyirəm.

 - Səncə, bir şagird beynəlxalq uğur qazanmaq üçün ən vacib xüsusiyyət nədir?

Məncə, hər bir şagird çox çalışsa və özünə inamını heç vaxt itirməsə, mütləq uğur əldə edə bilər.

 - Ən böyük arzun nədir və növbəti hədəfin hansıdır?

Ən böyük arzum – gələcəkdə Vətənimə layiqli bir övlad olmaq, elmim və savadımla Azərbaycan bayrağını dünyanın ən yüksək zirvələrində dalğalandırmaqdır.

Söhbtləşdi: Elşən Yəhyayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 İyul 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see304

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see276

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see247

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see175

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see173

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see142

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri