Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

713 milyon dollar yoxa çıxdı: Kripto oğruları qurbanları necə seçir?

713 milyon dollar yoxa çıxdı: Kripto oğruları qurbanları necə seçir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Kripto xidmətləri göstərən iri şirkətlərin təhlükəsizlik tədbirlərini gücləndirməsi cinayətkarları zorakılığa və ya fərdi investorları hədəf almağa yönəldib. Böyük Britaniyada 315 min dollar dəyərində kripto aktivlərini itirən bir cütlük əmanətlərini necə geri ala biləcəklərini araşdırır. Bəs kripto oğruları varlı investorları necə tapır?

Qaynarinfo xəbər verir ki, kripto valyuta texnologiyası nisbətən yeni olduğundan, kripto oğurluqları zamanı baş verən hadisələr də insanı təəccübləndirir. 315 min dollarını itirən Helen BBC-yə verdiyi açıqlamada deyib: "Pulunuzun orada, hamıya açıq blokçeyndə olduğunu görürsünüz, amma onu geri almaq üçün edə biləcəyiniz heç nə yoxdur".

Helen bu vəziyyəti oğrunun bütün qiymətli əşyalarınızı keçilməsi mümkün olmayan bir uçurumun o biri tərəfinə daşımasını izləməyə bənzədib.

Xəbərdə adları dəyişdirilən Helen və həyat yoldaşı Riçard Böyük Britaniyada yaşayır. Yeddi ildir kriptovaluta yığan cütlük "Cardano” adlı kripto valyutaya yatırım edib. Onlar ənənəvi üsullarla yığım etmək əvəzinə dəyərinin artacağını düşündükləri rəqəmsal aktivə sərmayə qoymaq istədiklərini, bunun riskli olduğunu bildiklərini, lakin aktivlərini qoruyan açarların təhlükəsizliyinə güvəndiklərini deyiblər. Ancaq kripto oğruları bir şəkildə cütün kripto pulqabılarına giriş məlumatlarının saxlandığı bulud hesablarına daxil olmağı bacarıb.

Oğrular 2024-cü ilin fevralında etdikləri kiçik sınaq köçürməsindən sonra səssiz və sürətli hücumla cütün bütün koinlərini öz rəqəmsal pulqabılarına ötürüblər. Helen və Riçard çarəsiz halda pullarının bir pulqabından digərinə keçməsini izləyib. Kripto valyutaların təbiətində olan ziddiyyət də məhz buradan qaynaqlanır: bütün əməliyyatlar hamı tərəfindən görünür, amma istifadəçilər anonim qala bilir.

Helen və Riçard varlı insanlar deyil. Helen şəxsi assistent işləyir, Riçard isə bəstəkardır. Onların "Cardano” yatırımlarına böyük ümidləri olub. Riçard tapdıqları hər qəpiyi daha çox koin almaq üçün xərclədiklərini vurğulayaraq deyib: "Bu hadisə valideynlərimi itirdikdən sonra yaşadığım ən üzücü şeydir”.

Helen oğurluqdan sonra pullarını geri almağa çalışır. Hüquq-mühafizə orqanlarından və "Cardano” tərtibatçılarından müxtəlif hesabatlar əldə edib. Cinayətkarlara aid pulqabı ünvanları əlində olsa da, oğruları ifşa etmək üçün heç kim heç nə edə bilmir. Cütlük hazırda hakerləri tapa biləcək xüsusi detektiv tutmaq üçün pul yığmağa çalışır. Yaşadıqları hadisənin böyük bir acizlik hissi yaratdığını deyən Helen bildirir: "Amma cəhd etməyə davam edəcəyəm".

Kripto cinayətlərində artım

Qlobal miqyasda təxminən 560 milyon insanın kripto sahibi olduğu düşünülür. Kripto sahiblərinin sayı artdıqca kripto oğrularının da sayı çoxalır. Pandemiya dövrü kripto valyutaların dəyərinin yüksəlməsinə, bununla paralel olaraq sektora yönəlik hücumların kəskin artmasına səbəb olub.


2025-ci il kripto cinayətkarları üçün rekord il olub. Blokçeyn analiz şirkəti "Chainalysis”in məlumatına görə, ötən il bütün kripto oğurluqlarında çalınan vəsait 3 milyard 400 milyon dollara çatıb. Bu göstərici 2020-ci ildən bəri oxşar səviyyələrdə qalır.

Helen və Riçardın yaşadığı Böyük Britaniyada isə Maliyyə Davranışları İdarəsinin (FCA) 2024-cü ilin avqustunda apardığı araşdırmaya görə, böyüklərin təxminən 12 faizi, yəni 7 milyona yaxın insan kripto aktiv sahibidir.

Kripto hücumlarında oğurlanan vəsaitlərin böyük hissəsi kripto şirkətlərinə məxsusdur. Məsələn, Şimali Koreya tərəfindən dəstəkləndiyi iddia olunan hakerlər ötən ilin fevralında "Bybit” adlı kripto şirkətinə hücum edərək 1,5 milyard dollar dəyərində kripto valyuta oğurlayıb. Bununla yanaşı, fərdi kripto investorlarına qarşı hücumların sayında da artım müşahidə olunur. "Chainalysis”ə görə, fərdi hesablara hücumlar 2022-ci ildə 40 min olduğu halda, ötən il bu rəqəm 80 minə yüksəlib.

Fərdi hesablara edilən haker hücumları, dələduzluq və hədə-qorxu bütün oğurlanmış kripto vəsaitlərinin 20 faizini təşkil edir ki, bu da təxminən 713 milyon dollara bərabərdir. Araşdırmada bütün qurbanların hadisələri bildirmədiyi nəzərə alınaraq real məbləğin daha yüksək ola biləcəyi vurğulanır.

Cinayətlərin artması kripto valyutaların dəyərinin yüksəlməsi və bu sahəyə yeni investorların cəlb olunması ilə əlaqələndirilir. Eyni zamanda iri platformalarda təhlükəsizliyin güclənməsi cinayətkarları daha asan hədəf olan fərdi istifadəçilərə yönəltdiyi qeyd olunur. Digər mühüm amil isə sahib olduğunuz kripto vəsaitini nə qədər açıq şəkildə paylaşmağınızdır: məbləğ böyüdükcə hədəf olma ehtimalı da artır.

Kriptovalyuta oğurluqları artır

Kripto oğruları hər yerdə ola bilər. Kripto analiz şirkəti "Elliptic”in tədqiqatçıları ötən ilin oktyabrında Şimali Koreya tərəfindən dəstəklənən hakerlərin getdikcə daha çox varlı kripto sahiblərini hədəf aldığını bildirmişdi. Digər ölkələrdə də dələduzlar və hakerlərin sayı az deyil.

ABŞ-da ötən ay görülən bir işdə 22 yaşlı Evan Tangeman "Sosial Mühəndislik Təşəbbüsü” adlanan kripto oğurluq dəstəsinə üzv olmaqda təqsirli bilinib. Dəstənin 2023-cü ilin oktyabrı ilə 2025-ci ilin mayı arasında 260 milyon dollardan çox vəsait oğurladığı iddia olunur. Prokurorluq cinayətkarların ələ keçirdikləri məlumat bazalarından istifadə edərək kripto varlılarını hədəf aldıqlarını, özlərini kripto birjası kimi təqdim etdiklərini və qurbanları köçürmə etməyə inandırdıqlarını bildirir.

Əsasən ABŞ-da yaşayan gənc kişilərdən ibarət dəstə üzvləri oğurladıqları kripto vəsaitlərini şəxsi təyyarələrə, lüks avtomobillərə və gecə klublarında aldıqları bahalı çantalara xərclədiklərini etiraf ediblər.

Bəzi dəstələr isə kripto pulların saxlandığı "seyflərin” açarlarını ələ keçirmək üçün evlərə basqın edir. Bu cür hadisələr o qədər artıb ki, kripto icmasında artıq "ingilis açarı hücumları” adlandırılır, çünki hücumçuların qurbanları fiziki zorakılıqla hədələdiyi bildirilir.

Bir nəfər öldürülüb

Kripto dələduzları ötən ilin aprelində İspaniyada bir evə basqın edərək ər-arvadı girov götürüb. Hadisə zamanı kişi girov həyatını itirib. Fransada da oxşar hadisələr qeydə alınıb. Onlardan birində oğurluq cəhdi ətrafdakılar tərəfindən lentə alınıb.


Fransada ötən il baş verən başqa bir hadisədə "Ledger” adlı kripto təhlükəsizlik şirkətinin həmtəsisçisi David Balland həyat yoldaşı ilə birlikdə evində girov götürülüb. Cütlük günlər sonra xilas edilib, lakin hadisə zamanı David Ballandın barmağı kəsilib.

Ötən ay isə Oksforddan Londona avtomobillə gedən bir kişi maskalı şəxslər tərəfindən saxlanılıb və 1,5 milyon funt sterlinq dəyərində kripto vəsaitini köçürməyə məcbur edilib. Hadisədən sonra altı nəfər saxlanılıb.

Blokçeyn kəşfiyyat şirkəti "TRM Labs”ın Böyük Britaniya ictimai sektor əlaqələri direktoru Fil Ariss bu hadisələrlə bağlı deyib ki, məqsədlərinə çatmaq üçün zorakılığa alışmış cinayət qruplarının kripto valyutalara yönəlməsi təəccüblü deyil: "Çaldıqları varlıqları yumaq və ya nağdlaşdırmaq mümkün olduğu müddətdə, cinayətkar üçün hədəfin bahalı saat və ya kripto pulqabı olması arasında böyük fərq yoxdur. Kripto artıq tam əsas axındadır və fiziki təhlükə anlayışımız da buna uyğun dəyişməlidir”.

Bitkoin milyonerlərinin sayı artır

Kripto təhlükəsizliyi şirkəti "Haven”in qurucusu Metyu Cons Bitkoin milyonerlərinin artması ilə məlumat təhlükəsizliyinin ciddi problemə çevrildiyini bildirir.

BBC-nin danışdığı bir hakerə görə, buna ən bariz nümunələrdən biri "Gucci” və "Balenciaga” kimi lüks markaların çətir şirkəti olan "Kering”də baş verən məlumat sızmasıdır. Çünki oğurlanan məlumatlarda müştərilərin adları və əlaqə məlumatları ilə yanaşı, həmin mağazalarda nə qədər pul xərclədikləri də yer alıb.

Haker BBC-yə açıqlamasında ən çox pul xərcləyənləri müəyyənləşdirmək üçün bu siyahıya 300 min dollar ödədiyini deyib. İddialara görə, həmin şəxs bu məlumatlardan və digər oğurlanmış datalardan istifadə edərək "Coinbase” istifadəçilərindən azı 1,5 milyon dollar dəyərində kripto oğurlayıb.

Əlində oğurlanmış məlumatlar olduğunu və bir qurbana məxsus 700 min dollar dəyərində Bitkoin saxladığını sübutlarla təsdiqləyən haker BBC-yə bildirib: "Oğurlanmış məlumat bazalarını alıram, onları digər məlumatlarla tutuşdururam və varlı insanların telefon nömrələrini, e-poçt ünvanlarını tapıram. Hələ də siyahını araşdırıram və pulumu çox qısa müddətdə üç dəfə artırmışam”.

BBC-nin yalnız ABŞ-da bir universitetdə oxuduğunu öyrənə bildiyi haker özünü haker və ya dələduz hesab edib-etmədiyi sualına isə belə cavab verib: "Heç biri. Mən sadəcə pul qazanmaqla maraqlanıram”.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Yanvar 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri