Icma.az
close
up
RU
75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə

75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Astara rayonunda müxtəlif şəxsləri dövlət qurumlarına və təhsil müəssisələrinə işə düzəltmək, müəllimləri sertifikasiya imtahanından keçirmək və digər məsələlərdə köməklik göstərmək vədi ilə aldadaraq pullarını ələ keçirən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin etibarından sui-istifadə edərək onlardan külli miqdarda pul alıb. İş materiallarında sadalanan epizodlar üzrə zərərçəkmiş şəxslərə ümumilikdə 75 125 manat məbləğində maddi ziyan dəydiyi göstərilir.

O, Dövlət Gömrük Komitəsində (DGK) tanışlarının olduğunu və həmin şəxslərin vasitəsilə insanları işə düzəldə bildiyini deyərək bir şəxsdən 2 900 manat, digər şəxsdən isə 7 000 manat alıb.

Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Regional Yanğından Mühafizə Xidmətinə işə düzəltmək vədi ilə 8 100 manat aldığı müəyyən edilib.

Təqsirləndirilən şəxs müəllimləri sertifikasiya imtahanından keçirmək vədi ilə də bir neçə şəxsi aldadıb. İş materiallarına əsasən, bu məqsədlə ayrı-ayrı şəxslərdən 2 500, 3 500 və 4 500 manat məbləğində pul alıb.

Məhkəmə araşdırması zamanı onun digər şəxslərdən də müxtəlif vədlərlə pul aldığı müəyyən olunub. Belə ki, torpaq sənədlərini düzəltdirmək üçün vəkil tutacağını deyərək 1 000 manat, məktəbdə kitabxanaçı vəzifəsinə işə düzəltmək vədi ilə 4 500 və 5 000 manat, körpələr evinə təsərrüfat müdiri təyin etdirəcəyini bildirərək 2 500 manat alıb.

Həmçinin bir şəxsin həyat yoldaşının iş yerini dəyişdirərək məktəbdə direktor müavini vəzifəsinə təyin olunmasına köməklik göstərəcəyini deyərək 5 000 manat aldığı müəyyən edilib.

İş üzrə qızıl-zinət əşyaları ilə bağlı bir neçə epizod da araşdırılıb. İttihama görə, təqsirləndirilən şəxs qızıl alqı-satqısı ilə məşğul olduğunu bildirərək bir şəxsin 5 400 manat dəyərində, 61 qram çəkidə qızıl Quran qabını və 650 manat pulunu alıb. Sonradan qızıl əvəzinə mis əsaslı ərintidən hazırlanmış, qızıla bənzər əşya təqdim edib. Nəticədə zərərçəkmişə ümumilikdə 6 050 manat maddi ziyan vurulub.

Digər epizodda isə ümumi dəyəri 1 700 manat olan iki qızıl üzüyü alaraq onların əvəzinə mis əsaslı ərintidən hazırlanmış boyunbağı verib.

Bundan başqa, təqsirləndirilən şəxsin daha bir şəxsin 6 375 manat dəyərində qızıl saatını daha baha qiymətə satacağı vədi ilə aldığı və sonradan qaytarmadığı müəyyən edilib.

İş materiallarında daha bir şəxsdən məhkəmə işində köməklik göstərəcəyi və azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasına nail olacağı vədi ilə 1 000 manat aldığı da göstərilib.

Təqsirləndirilən şəxs məhkəmədə ilkin mərhələdə bir sıra epizodlar üzrə özünü təqsirli bilməsə də, məhkəmə araşdırmasının gedişində iki epizod istisna olmaqla, digər əməllər üzrə təqsirini etiraf edib. O, zərərçəkmişlərdən birinə vurduğu ziyanı tam ödədiyini bildirib.

Məhkəmə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, təqsirləndirilən şəxsin ifadəsini və digər sübutları araşdıraraq onun təqsirli olduğu qənaətinə gəlib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi (dələduzluğun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi), 178.2.2-ci maddəsi (dələduzluğun təkrar törədilməsi), 178.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), eləcə də 29-cu maddəsi (cinayət törətməyə cəhd) ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona 7 000 manat məbləğində cərimə cəzası təyin edilib.

Cinayət Məcəlləsinin 69.4-cü maddəsi (həbsdə və ya ev dustaqlığında saxlanılma müddətinin cəza müddətinə və ya cəzanın ölçüsünə hesablanması) tətbiq edilməklə təqsirləndirilən şəxsin 3 ay 28 gün həbsdə və ev dustaqlığında saxlanılması nəzərə alınıb.

Nəticədə onun üzərində qəti olaraq 4 500 manat məbləğində cərimə cəzası saxlanılıb.

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Sentyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri