Icma.az
close
up
RU
8 manatlıq bu qidanı 3 manata alırıq Sizi zəhərləyə bilər

8 manatlıq bu qidanı 3 manata alırıq Sizi zəhərləyə bilər

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər dönərlərin tərkibi ilə bağlı müzakirələr genişlənib. Bildirilir ki, ətin qiyməti nəzərə alınarsa, 2–3 manata satılan dönərin maya dəyəri əslində 7-8 manat arasında olmalıdır. Ətin bir kiloqramı 16-18 manat olduğu halda dönərlərin ucuz qiymətə satılması məhsulun tərkibini şübhə altına qoyur.

Bəs reallıq nədir və biz bu dönərlərlə sağlamlığımızı riskə atırıq?

Globalinfo.az-a danışan qida üzrə mütəxəssis Asim Vəliyev deyib ki, keyfiyyətli, təmiz şəraitdə hazırlanmış, tərkibi yalnız ət, yağ və ədviyyatdan ibarət olan dönərin maya dəyəri ucuz ola bilməz:

“Ətin qiyməti, saxlanma şəraiti, işçi xərcləri və gigiyena tələbləri nəzərə alınanda 2-3 manata satılan dönər sual doğurur. Hər ucuz dönər mütləq zəhərli deyil, amma risk çox yüksəkdir. Zəhərlənmə adətən mikrobioloji çirklənmə ilə baş verir. Dönər hazırlanan zaman istifadə olunan ətin keyfiyyətsiz olması, yararlılıq müddətinin keçməsi əsas səbəblərdən biridir. Digəri isə ətin düzgün temperaturda saxlanılmaması ilə bağlıdır. Dönər şişə taxıldıqdan sonra saatlarla açıq havada qalır və bakteriyalar çoxalmağa başlayır, çarpaz çirklənmə baş verir. Yəni çiy və bişmiş ət eyni səthdə işlənir. Bəzən axşamdan qalan dönər səhər yenidən qızdırılaraq satılır. İşçilərin gigiyena qaydalarına əməl etməməsi, həmçinin əllərini, bıçaq və avadanlıqları çirkli saxlaması da zəhərlənməyə yol aça bilər. Bəzi hallarda maya dəyərini azaltmaq üçün dönərə toyuq dərisi, artıq yağ, mexaniki ayrılmış ət və ya aşağı keyfiyyətli xammal qatılır. Bu, birbaşa zəhər olmasa da, düzgün saxlanmadıqda təhlükəlidir”.

Asim Vəliyev

Mütəxəssis bildirib ki, dönər yeyən hər kəs zəhərlənmir:

“Bu, insanların fərdi immunitetindən asılıdır. Əgər belə olsaydı, kütləvi və daimi xəstəliklər qeydə alınardı. Amma ucuz dönər yeyən insan potensial risk altındadır. Zəhərlənmə bəzən yüngül keçir. Bizlər bunu çox vaxt “qarın ağrısı” kimi qəbul edirik. Bu da statistikalarda görünmür”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri