8 marşrutun hərəkət istiqaməti dəyişdi
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Xırdalan şəhərinin Heydər Əliyev prospektində aidiyyəti qurum tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət səbəbindən E2, 135, 515, 517, 523, 535, 592 və 596 nömrəli marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.
“E2 nömrəli marşrut “20 Yanvar” metrostansiyasından Xırdalan şəhəri istiqamətində Heydər Əliyev prospekti, Zərifə Əliyeva, Qalubiyyə, Mehdi Hüseynzadə küçələri ilə fəaliyyət göstərir. Başlanğıc dayanacaq məntəqəsi Heydər Əliyev prospektində təşkil edilib.
135 nömrəli marşrutun avtobusları başlanğıc dayanacaq məntəqəsi Mehdi Hüseynzadə küçəsi olmaqla Heydər Əliyev prospekti ilə hərəkət edir.
517 nömrəli marşrut iki stiqamət üzrə fəaliyyət göstərir:
1-ci istiqamət Masazır kəndi (“Yeni Bakı” yaşayış kompleksi) – Həsən Əliyev küçəsi (dairəvi hərəkət),
2-ci istiqamət isə başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi (“Yeni Bakı” yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə Heydər Əliyev prospektidir.
515, 523 və 596 nömrəli marşrutlar Heydər Əliyev prospekti, Hacı Zeynalabdin Tağıyev, Osman Sarıvəlli, İmadəddin Nəsimi və Həsən Əliyev küçələri ilə fəaliyyət göstərir.
535 nömrəli marşrutun son dayanacaq məntəqəsi Heydər Əliyev prospektində, Hacı Zeynalabdin Tağıyev küçəsi ilə kəsişmənin yaxınlığına təşkil edilib.
592 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə küçəsi ilə kəsişmənin yaxınlığına təşkil olunub”, - deyə məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 17 Avqust 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















