Icma.az
close
up
RU
8 Martdan öncə kişilərə həsr olunan esse

8 Martdan öncə kişilərə həsr olunan esse

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Kubra Məhərrəmova yazır...

Bu dəfə düşündüm ki, 8 Mart ərəfəsi kişilərə bir esse həsr edim.

Əziz və çox dəyərli kişilər, sizin heç kimə borcunuz yoxdur. Nə gül çələngi, nə hədiyyə, nə də başqa bir şey.

Siz Allah sakitləşin, rahat olun.

İldə bir dəfə məcburi, zorla aldığınız gül çələngini gətirib qadının başına çırpmağa ehtiyac yoxdur.

Çünki bu gün qadın özü gül də ala bilir, ətir də. Özünü də necə lazımdır təmin edə bilir.

Sizə bəlkə təəccüblü gələcək, amma bu gün qadın ev də alır, maşın da, ipoteka da ödəyir, övlad da böyüdür, valideynlərinin qayğısına da qalır.

Qadının bu gün əldə etdiyi ən gözəl məqam isə odur ki, o artıq özünü dərk edir. Dərk edir ki, sevdiyi ixtisas üzrə təhsil alacaq, marağı olduğu sahədə çalışacaq, istədiyi zaman ailə quracaq. Tam səmimi qəlbdən istəsə, dünyaya uşaq gətirəcək, istəməsə "child free" olacaq.

Qadın anladı ki, dünyaya övlad gətirmək artıq onun seçimidir. Elə gətirməmək də.

Əziz kişilər, sosial şəbəkələrdə 8 Martla bağlı etdiyiniz gülməli və qıcıqlandırıcı paylaşımlar da sizə deyim ki, gülməli deyil.

Amma, bəlkə də sizin üçün gülməlidir. Qoy olsun, təki sizin üzünüz gülsün.

Əgər bu paylaşımlarla öz eqonuzu tətmin edə bilirsinizsə, bu da qadınlardan sizə bayram payı olsun.

Nədir-nədir ildə bir dəfə anasına, bacısına, həyat yoldaşına bir ətir alacaq deyə, bir ay əvvəldən deyinməyə başlayan bəzi kişiləri görüb-eşidəndə açığı həm o anaya, o bacıya, o həyat yoldaşına yazığım gəlir. Gör həyat sizi hansı kişi ilə yaşamağa vadar edib... Bir ömür deyinən, etdiyini başa çırpan adamla.

Amma unutmayın ki, məhz Azərbaycan qadını Vətən uğrunda şəhid olan ərinin tabutunu çiynində daşıdı.

Azərbaycanlı ana oğlunun tabutunun altına girdi.

Azərbaycan qadını kişilərlə bərabər Qarabağ döyüşlərində şəhid oldu, Milli Qəhrəman adını aldı.

Təyyarə bələdçisi Hökümə Əliyeva da Azərbaycan qızıdır.

Bu siyahını çox uzatmaq olar.

Azərbaycan qadını ümumən fədakardır. Ən müasiri də, ən konservatoru da. Bizim qadınımızda ancaq ona məxsus olan bir sevgi var. Ailəsinə, valideynlərinə, bacı-qardaşına, övladına. Dünyanın heç bir yerində belə qadın yoxdur, əziz kişilər.

Mən anlayıram, düşüncəsi olmayan, əxlaqı olmayan, mənəviyyatı olmayan adamlarımız da var. Və bu, hər iki cinsə aiddir. Mənəviyyatsız və namussuz adamın cinsi olmur.

Ailəsinə dəyər verməyən, qazancını eyş-işrətə, qumara xərcləyən qadın gördünüzmü?

Evdə zorakılıq göstərən, hamını döyən-söyən qadın gördünüzmü?

Evdən oğurlayıb, dosta-tanışa xərcləyən qadın necə?

İndi deyəcəksiniz ki, niyə görmədik?

İstisnalar qaydanı pozmur, cənablar. Bu sadaladıqlarımızın əksəriyyəti təəssüf ki, güclü cinsin nümayəndələrinə aiddir.

Elə bu səbəblərə görə bu gün gənc qızlarımız evlilik həyatına can atmır.

Nənəsinin, anasının qara günündən dərs çıxarır. Özü kimi açıq və işıqlı düşünən həyat yoldaşı axtarır. Nə gözəl ki, belə gənclərimiz də artıq böyüyür. Gözəl analar belə gözəl oğlanları böyüdür. Tək böyüdür, çətinliklərə boyun əyərək böyüdür, amma böyüdür.

Diqqət edin, son dövrlərdə boşanan ailələrin neçə faizində atalar övladının təlim-tərbiyəsində iştirak edirlər? Elə qohum-qonşuya baxıb nəticə çıxara bilərsiniz.

Neçə faiz ata, özü üçün müəyyən edib ki, mən bu uşağın anasından boşanmışam, uşağın özünü boşamamışam.

Son zamanlar "qadın aliment üçün boşanır" deyənlər də elə kişilərdir. Amma necəsə elə hamıdan tez boşanan kişi ikinci-üçüncü dəfə evlənir.

Yenə deyirəm, bugünkü qiymətlərlə 235 manata bir uşağı saxlamaq nəinki mümkün deyil, heç onun ən bəsit ehtiyacları üçün kifayət etmir.

Bütün bunlardan sonra bir dəstə gül heç bir rol oynamır.

Bu gün qadınlar artıq özləri ana-bacılarına, rəfiqələrinə hədiyyə-gül alıb bağışlayırlar.

İnanın ki, qadınlar da dükana gedib hədiyyə almağı bacarırlar. Bunu ancaq kişilər bacarmırlar.

Qadınlar da bu gün karyera qurur, uğur qazanır, xarici universitetlərdə təhsil alırlar.

Yeri gəlmişkən, Ukrayna Prezidenti Volodimir Zelenskinin dizayneri, onun geyimlərini hazırlayan azərbaycanlı qızı Elvira Həsənovadur.

Bəli, bu gün qızlarımız haqqında çox uzun hekayə yaza bilərdim, amma bu yazı kişilərə ithaf olunub.

Ya elə, ya belə, bu münasibət yenidən qurulmalıdır. Necə ki, bizim atalarımız analarımıza hörmət edib. Ya da bu münasibətlər tamamilə dağılmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Mart 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri