Icma.az
close
up
RU
8 Martın banisi 101 il əvvəl Azərbaycana niyə gəlmişdi? TARİXİ FOTO

8 Martın banisi 101 il əvvəl Azərbaycana niyə gəlmişdi? TARİXİ FOTO

Icma.az bildirir, Modern.az portalına istinadən.

8 Mart – Beynəlxalq Qadınlar Günü dünya üzrə qadın hüquqları və gender bərabərliyi uğrunda mübarizənin rəmzinə çevrilib. Bu günün tarixi 1908-ci ildə Nyu-Yorkda baş verən fəhlə qadınların tətilinə gedib çıxır. Həmin il minlərlə qadın fabriklərdə ağır şəraitdə işləməyə, aşağı maaşlara və seçki hüququnun olmamasına etiraz olaraq küçələrə çıxmışdı.

1910-cu ildə Kopenhagendə keçirilən Beynəlxalq Sosialist Qadınlar Konfransında alman inqilabçı və feminist Klara Setkin 8 Martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasını təklif etdi. Bu təşəbbüs qadınların sosial, iqtisadi və siyasi hüquqlar uğrunda mübarizəsini gücləndirdi və qısa müddət sonra bir çox ölkədə rəsmi olaraq tanındı.

Klara Setkin Azərbaycan ictimaiyyətinə də yad deyil. Modern.az-ın məlumatına görə, Klara Setkin 1924-cü ildə Azərbaycana səfər edib.

Bu səfərin əsas məqsədi Sovet hakimiyyəti dövründə qadınların azadlığı və sosial hüquqları ilə bağlı aparılan siyasəti yaxından öyrənmək, Şərq qadınının vəziyyətini araşdırmaq olub. Klara Setkin Bakıda keçirilən bir sıra tədbirlərdə iştirak edib, yerli fəal qadınlarla görüşlər keçirib.

Foto: Klara Setkin Əli Bayramov adına klubda qadınlarla bir arada

Belə görüşlərin biri Əli Bayramov adına klubda baş tutub. O, klubu "inqilabi qüvvələrin toplanış məntəqəsi" adlandırmışdı.

"Qafqaz od içində" kitabında o, yazırdı: "Sovet İttifaqının şərq və cənub-şərq respublikalarındakı müsəlman qadınların klubu proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür. Müsəlman qadınlarında, yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti və insan hüquqlarını əldə etmək səyi oyanır. Müsəlman qadınların klubu bu cəhətdən, böyük vəzirin qızının dəbli Avropa kostyumuna və ya bir neçə dövlətli müsəlman qızın Parisdə, Londonda və ya Berlində təhsil almalarına baxmayaraq, güclü və inandırıcı sübut kimi çıxış edir."

Qeyd edək ki, həmin vaxt sözügedən klub o zaman Fars küçəsində yerləşən Səadət sarayında baş tutub.

Görüş qadınlarda böyük təəssürat yaratmışdı. Hətta qadınlar Klaranı Bakını tərk etməməsi üçün dilə tutur, həmişəlik Bakıya yerləşməsinə razı salmaq istəyirdilər. O razılaşmır, lakin Hitler hakimiyyətə gəldiyində Almaniyadan qaçmaq məcburiyyətində qalır və SSRİ-yə yerləşir, elə burada da vəfat edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Mart 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri