Icma.az
close
up
RU
8 may Şuşanın işğal gününü niyə UNUTMAMALIYIQ...

8 may Şuşanın işğal gününü niyə UNUTMAMALIYIQ...

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bir xalqın yaddaşı yalnız sevincli günlərlə yazılmır. Tarixin qanla yazılan səhifələri də var ki, onları unutmaq olmaz. Çünki tarix təkcə keçmişin xatirəsi deyil. Tarix həm də millətin yaddaşı, kimliyi və varlığıdır. Və bu yaddaşda bəzi günlər var ki, onları unutmaq sadəcə keçmişi deyil, gələcəyi də itirmək deməkdir.
8 may 1992-ci il – Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın incisı Şuşa şəhərinin işğal günü... Bu tarix bizə yalnız bir şəhərin itirilməsi deyil, həm də bir xalqın qüruruna, ruhuna vurulan ağır zərbədir. Bu günü unutmalıyıqmı?

Xeyr. Unutmaq - o gün şəhid olan döyüşçülərimizin ruhuna biganə qalmaqdır. Unutmaq - hər daşında bir tarix yatan Şuşanın qəlbindəki harayı susdurmaqdır.

Şuşa yalnız bir şəhər deyil. O, Azərbaycan musiqisinin beşiyidir, Üzeyir bəyin, Bülbülün, Natəvanın nəfəs aldığı torpaqdır. Onun hər küçəsində bir tarix yatır. Şuşa Azərbaycanın qürur qalasıdır. Şuşa işğal olunduğu gün bütöv bir xalqın qüruru qəmli bir sükut içində idi. Onun işğalı millətin ruhuna zərbəydi...

O gün evlər dağıldı, insanlar didərgin salındı, min illərlə qorunan abidələr təhqir olundu, məscidlərə donuzlar salındı. Minlərlə insanın uşaqlıq xatirələri, ata-baba yurdları, qəbir daşları məhv edildi. Və bu acını bizə yaşadanlar sadəcə torpağımızı işğal etmədilər, milli kimliyimizi təhqir etməyə çalışdılar.
Şuşa təkcə Azərbaycan üçün deyil, işğalçı Ermənistan üçün də strateji əhəmiyyət daşıyırdı. 

Lakin Azərbaycan dövləti Şuşanın əbədi olaraq düşmən tapdağı altında qalması ilə barışa bilməzdi.

Bəli, biz bu gün qalibik. 2020-ci ilin 8 noyabrında Şuşaya qovuşduq. Amma qalib xalq olmaq – keçmişi unutmaq deyil, onu unutmadan, dərs çıxararaq daha güclü gələcək qurmaqdır. Şuşanın işğal günü bizə təkcə dərd yox, həm də əzmkarlıq öyrətdi. 8 may bizə bir xalq olaraq birləşməyin, mübarizə aparmağın nə qədər vacib olduğunu göstərdi.

Bu gün biz Şuşanı azad görürüksə, bu, 8 mayın yaddaşımızda əbədi qalması sayəsindədir. Tarix təkcə təqvimdə yazılmır, o, hər birimizin qəlbində həkk olunur. Unutmaq – gələcək işğallara zəmin yaratmaqdır. Yadda saxlamaq isə o tarixlərdən güc alıb yenidən doğulmaqdır.

Şuşanın işğal gününü unutmalıyıqmı? Cavab aydındır: Biz Şuşanın işğal gününü unutmamalıyıq! Hər il bu günü xatırlamalı, gələcək nəsillərə ötürməli, şəhidlərimizi anmalı və öz torpaqlarımıza necə sahib çıxmalı olduğumuzu yenidən dərk etməliyik.

Unutsaq, 30 il torpaq həsrəti ilə yaşayan anaların göz yaşlarını, döyüşlərdə şəhid olan qəhrəmanların ruhunu incitmiş olarıq. Biz Şuşanın işğalını da, azadlığını da yadda saxlamalıyıq. Axı unudulan tarix təkrar edilir. Amma biz bu səhifəni bir daha yaşamamaq üçün onu daim xatırlamalıyıq!
A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 May 2025 01:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri