Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Şuşanın dirçəlişi Yeni Gündəm

Şuşanın dirçəlişi Yeni Gündəm

Icma.az bildirir, Yenigundem saytına əsaslanaraq.

Prezidentin Şuşa səfəri ilə bağlı Milli Məclisin deputatı Cavanşir Feyziyevin açıqlaması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Şuşaya səfəri çərçivəsində tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak edib. Heydər Əliyev Fondunun dəstəyilə həyata keçirilən quruculuq işlərində məcsid əsaslı şəkildə bərpa olunub, məscidin mehrabı yenidən qurularaq üzərinə “Qurani-Kərim”dən ayələr və naxışlar işlənib. Çöl Qala məscidinin yaxınlığında yerləşən və XIX əsrə aid olan Çöl Qala bulağı da bərpa edilərək əhalinin istifadəsinə verilib.

Səfər çərçivəsində dövlət başçısı həm də Yeni Şuşa məscidində gedən tikinti işləri də tanış olub. Təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan, tarixi Şuşa şəhərində modern üslubda tikilməkdə olan Yeni Şuşa məscidinin memarlıq həlli rəmzi xarakter daşıyır. Belə ki, məscidin 8 rəqəmini əks etdirən layihəsi noyabrın 8-də Şuşanın işğaldan azad olunmasını, Zəfər Gününü simvolizə edir. Məscidin 11 rəqəmini əks etdirən iki minarəsi isə Şuşanın və Qarabağın işğaldan on birinci ayda azad edilməsinin rəmzidir.

Millət vəkili Cavanşir Feyziyev Prezidentin 27 mart tarixində Şuşaya səfərini şərh edərkən bildirib ki, “Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı, Hacı Yusifli, Quyuluq, Culfalar, Mamayi, Çöl qala, Çuxur Məhəllə, Xoca Mərcanlı, Mərdinli, Seyidli, Təzə məhəllə, Köçərli, Hacı Abbas, Qamış məscidləri islam hümmətinin Allaha ibadət evi olmaqla yanaşı, həm də qədim Şuşanın mənəvi mədəniyyət abidəsi kimi Qarabağın ictimai-tarixi həyatında böyük önəm daşıyır. Qarabağın işğaldan azad olunduğu gündən etibarən dövlət başçısının sərəncamına müvafiq olaraq aparılan tikinti-bərpa-quruculuq işləri sırasında məscidlərin restavrasiyası dövlət başçısının insanların dini etiqadına olan dərin hörmət və həssas münasibətinin təzahürüdür. Xalqımızın həmrəylik, birlik, bərabərlik bayramı olan müqəddəs Ramazan bayramı ərəfəsində dövlət başçısının Şuşaya səfəri, Şuşanın tarixində əhəmiyyətli yer tutan, XVIII əsrə məxsus Çöl qala məscidinin abadlaşdırma işlərindən sonra açılışını həyata keçirməsi, təməli 2021-ci ildə İlham Əliyevin özü tərəfindən qoyulan Yeni Şuşa Məscidinin tikinti işləri ilə tanış olması məhz bu diqqət, qayğı və həssaslığın bariz nümunəsidir” .

Deputat xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamları ilə 2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, “Şuşa haqqında qanun”un qəbul edilməsi, 2022 -ci ilin “Şuşa ili” elan olunması, Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi kimi təşəbbüslər bu qədim qoruq-şəhərin tarixi gözəlliyi ilə bərabər, həm də onun vüqarını, əzəmətini özünə qaytarıb. 2023-cü ilin sentyabrında Qətərin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşanın 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi isə türk-müsəlman aləmində bu şəhərin “milli iradə və azadlıq rəmzi” kimi tanınmasını təmin edib.

Cavanşir Feyziyev bildirib ki, hələ 1977-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust tarixli 280 nömrəli qərarı ilə Şuşa səhəri Azərbaycan Respublikasının tarix-memarlıq qoruğu elan edilmişdir. Şuşa əsrlər boyu “Qafqazın mədəniyyət beşiyi”, “Odlar yurdunun qeyrət qalası” kimi yaddaşlarda özünə möhkəm yer tutub. Şuşa Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetişdirən mədəniyyət məbədidir. “Şərqin konservatoriyası” adlanan bu ecazkar sənət məktəbi dünya musiqisinə Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi nadir incilər bəxş edib. Bu mənada, Şuşanın azadlığı həm də bu müqəddəs ruhların azadlığıdır.

Deputat vurğulayıb ki, Şuşa ərazisini Azərbaycan memarlıq məktəbinin açıq səma altında muzeyi hesab etmək olar. Cavanşir Feyziyev qeyd edib ki, Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq bu gün həyata keçirilən bütün işlər, yeni tikililər tarixi simaya uyğun olaraq ətrafdakı abidələr ilə harmoniyada inşa olunur. Şuşanın mühafizə zonası şəhərin tarixi irsinin qorunması məqsədilə təşkil olunmuş komissiya tərəfindən onu əhatələyən təbii landşafta uyğun olaraq yaradılıb. Sevindirici haldır ki, Şuşa Azərbaycanın ən çox sənədləşdirilmiş şəhərlərindən biridir. Fotoşəkillərdən və video-görüntülərdən tutmuş arxiv məlumatlarına qədər kifayət qədər materiallar var ki, bütün bunlar şəhəri əvvəlki görkəmində bərpa etmək imkanı yaradır.

Millət vəkili bildirib ki, Şuşa işğaldan azad edildiyi gündən etibarən dövlət başçısının birbaşa nəzarəti ilə yaşayış məntəqələrindəki tariximizin, mədəniyyət abidələrimizin yenidən bərpa edilməsi sahəsində böyük işlər görülür. “Bu gün ilk növbədə bizim vəzifəmiz və borcumuz Qarabağın tarixini, mədəni irsini bərpa etmək, onun əvvəlki simasını geri qaytarmaqdır” – deyən ölkə başçımız maddi-mədəni irsimiz olan memarlıq abidələrinin qorunması, bərpası və təbliği ilə bağlı çoxsaylı qərarlar qəbul edir və tədbirlər həyata keçirir. Bu gün Şuşada, bütövlükdə Qarabağ və Şərqi Zəngəzur torpaqlarında vandalizmə uğramış tarixi-mədəni irs abidələrimiz memarlarımızın və bərpaçılarımızın səyləri nəticəsində bərpa olunur.

Səfər çərçivəsində dövlət başçısının Şuşa Müalicə-Sağlamlıq Mərkəzində aparılan tikinti işləri ilə yaxından tanış olmasını diqqətə çatdıran Cavanşir Feyziyev vurğulayıb ki, işğaldan azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin müasir səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Şuşa Müalicə Sağlamlıq-Mərkəzi şəhərdə yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihələrindən biridir.

“Təməli 7 noyabr 2021-ci ildə qoyulan Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin ərazisində Gigiyena və Epidemiologiya Mərkəzi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunub. Eyni zamanda, burada stasionar xidmət sahəsində terapiya, pediatriya, cərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq. Bütün bu görülən işlər həm yerli əhali, həm bura gələn qonaqların sağlamlığına xidmət edəcək” – deyə Cavanşir Feyziyev əlavə edib.

Deputat bildirib ki, bu gün Şuşaya gələn hər kəs Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinin şahidi olur. Təsdiq edilmiş plan əsasında bu gün Şuşada mühüm infrastruktur layihələri sürətlə və keyfiyyətlə həyata keçirilir. Şuşanı azad edən qəhrəman oğullarımızın cəsarətlə düşmən üzərinə getdiyi cığırların, sıx meşəliklərin, yarğanların üzərindən uzunluğu 101 kilometr olan “Zəfər yolu” salınıb. Şuşanın mərkəzi küçələrindən olan Qarabağ küçəsində hal-hazırda müxtəlif təyinatlı 10 binanın inşası aparılır. Onların arasında mehmanxana, ofislər, iaşə obyektləri, Şuşa Qoruq İdarəsinin binası var. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir.

Dövlət başçısının ardıcıl səyləri ilə aparılan quruculuq işləri Şuşanın – bütövlükdə Qarabağın həyatına çoxsaylı yeniliklər gətirəcək. Qarabağa yol alan köç karvanlarının gerçəkləşdirdiyi Böyük Qayıdış mahiyyət və keyfiyyətcə yeni bir həyata qayıdış olacaq. 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə, qəsəbələrə, şəhərlərə qayıdacaqlar” – deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 29 Mart 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see669

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see637

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see635

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see505

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see466

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see448

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see425

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see398

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see352

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see347

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see344

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see334

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see330

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see327

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see325

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see321

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see315

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see314

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see309

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see291
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri