Icma.az
close
up
RU
8 Noyabr Zəfər Günü ilə bağlı Lerik rayonu Vizəzəmin kənd məktəbində tədbir KONKRET

8 Noyabr Zəfər Günü ilə bağlı Lerik rayonu Vizəzəmin kənd məktəbində tədbir KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

8 Noyabr Zəfər Günü ilə bağlı şəhid Əbülfət Musayev adına Lerik rayonu Vizəzəmin kənd tam orta ümumtəhsil məktəbində şanlı qələbəmizin 5-ci ildönümü ilə bağlı tədbir keçirilib.

KONKRET.az xəbər verir ki, tədbirdə məktəbin Pedaqoji və texniki heyəti,şagirdlər,ərazi icra nümayəndəliyinin başçısı, şəhid ailə üzvləri və kənd sakinləri iştirak ediblər.

Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra məktəbin direktoru Əhməd Ağayevin,ərazi icra nümayəndəsi Elxan Aslanovun, şəhid Əbülfət Musayevin qardaşı Mehman Musayevin, şəhid Cəlal Ağayevin atası Ağaverdi Ağayevin çıxışları ilə davam edın tədbirdə qəhrəmanalarımızın keçdikləri döyüş yolu haqda məlumat verilib.Çıxışlarda  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində  misilsiz qəhrəmanlıqlarından   şöz açılıb qələbədən sonra bölgəmizdəki yeni reallıqlardan danışılıb. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış, qürurla anılan Zəfər Günü barədə ətraflı məlumat verilib, Ali Baş Komandanın Azərbaycanı şanlı Qələbəyə aparan daxili və xarici siyasəti, Azərbaycan Ordusunun dünya hərb tarixindəki yeri barədə söhbət açılıb.

Tədbir Vizəzəmin kənd tam orta  məktəbi şagirdlərinin hazırladıqları şeir və səhnəciklərlə davam etdirilib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi vəsf edilib.  Zəfər Gününün Azərbaycan tarixində dönüş nöqtəsi olduğu vurğulanıb, bu tarixi Qələbəni bizə bəxş edən şəhid və qazilərə minnətdarlıq bildirilib. Qeyd edilib ki, bu gün hər kəs Vətəni üçün canından keçən şəhidlərimizin qəhrəmanlıq məktəbindən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməli, Zəfərimizin qəhrəmanlarının keçdikləri hünər yolunun gələcək nəsillərə çatdırılmasına öz töhfəsini verməlidir.

Əbülfət  Musayev adına Vizəzəmin kənd tam orta ümumtəhsil məktəbində bu əlamətdar gün münasibətilə təşkil olunmuş bayram tədbiri Vətənə, şəhidlərimizə və qəhrəman ordumuza dərin ehtiramla qeyd olunmuşdur.

https://www.youtube.com/watch?v=zNoBI-7SpjE

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Noyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri