Icma.az
close
up
RU
8 rayondan keçən Oğuz Qəbələ Bakı su kəmərinin mənbəyi...

8 rayondan keçən Oğuz Qəbələ Bakı su kəmərinin mənbəyi...

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Oğuz-Qəbələ-Bakı su kəmərinin ümumi uzunluğu 262,5 kilometr təşkil edir. Diametri 2000 millimetr olan magistral xətt saniyədə 5 kub metr su ötürmə qabiliyyətinə malikdir və əsasən özüaxımlı rejimdə fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, kəmərin su ilə təmin olunması məqsədilə Oğuz rayonu ərazisində 81 istismar və 20 müşahidə quyusu qazılıb. Layihəyə əsasən, hər bir quyunun məhsuldarlığı saniyədə 70 litr proqnozlaşdırılsa da, hazırda bəzi quyularda bu göstərici saniyədə 80-90 litrə qədər yüksəldilib. Müşahidə quyularında aparılan daimi monitorinqlər su ehtiyatlarının dinamikasının və debit göstəricilərinin layihədə nəzərdə tutulduğundan daha yüksək olduğunu təsdiqləyir. Bu da mənbənin potensialının kifayət qədər geniş olduğunu göstərir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu məlumat verərək bildirib ki, Oğuz rayonunun Sincan kəndində yerləşən 81 subartezian quyudan əldə olunan su bu kənddə fəaliyyət göstərən suqəbuledici kameralara toplanır, kameralardan da iki ədəd on min kub metrlik anbarlara dolur. Anbarlardan özüaxımlı rejimlə Oğuz-Qəbələ-Bakı magistral su kəmərinə ötürülür.

Anbarlara tökülən su öncədən suqəbuledici kamerada emal olunur, zərərsizləşdirilir. Daha sonra su magistral kəmər vasitəsilə paytaxt istiqamətində nəql edilir. Kəmər boyunca suyun sabit və təhlükəsiz ötürülməsini təmin etmək məqsədilə üç təzyiq nizamlayıcı (Oğuz Qurğular Kompleksi, 153-cü kilometr və Abşeron Qurğular Kompleksi ərazilərində) və iki təzyiqqırıcı kamera (31-ci və 158-ci kilometrlərdə) quraşdırılıb. İş rejimi müasir SCADA nəzarət sistemi vasitəsilə avtomatlaşdırılmış qaydada izlənilir və idarə olunur.

Su kəməri ölkənin 8 rayonunun ərazisindən keçərək paytaxta qədər uzanır. Oğuz-Qəbələ-Bakı kəməri ilə verilən içməli suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi beynəlxalq standartlara tam uyğundur və yüksək gigiyenik göstəricilərə malikdir.

Kəmər vasitəsilə verilən su Bakı şəhərinin, Abşeron, Yasamal, Nəsimi, Səbail, Nərimanov, Nizami, Xətai və Binəqədi rayonlarının bir hissəsini, eləcə də magistral xəttin marşrutu boyunca yerləşən bir sıra yaşayış məntəqələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edir. Bu layihə paytaxtın su təchizatının şaxələndirilməsi, paytaxtın içməli su təminatının etibarlılığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 Mart 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri