80 faizlik asılılıq riski: Avropa enerji təhlükəsizliyini ABŞ yə həvalə edir?
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropanın müdafiə və enerji şirkətləri Rusiyadan qaz idxalının dayandırılmasından sonra ABŞ-dən həddindən artıq asılı vəziyyətə düşməkdən ehtiyat edirlər.
"AzPolitika" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa İttifaqı yaxın aylarda Rusiyadan sonuncu mayeləşdirilmiş təbii qaz (MTQ) tədarüklərini də dayandıracaq. Bu dəyişikliklər fonunda Avropa enerji ehtiyaclarını qarşılamaq üçün ABŞ-dən yanacaq idxalını əhəmiyyətli dərəcədə artırıb.
"The New York Times" yazır ki, hazırda ABŞ istehsalçıları Avropaya idxal olunan mayeləşdirilmiş təbii qazın təxminən üçdə ikisini təmin edir. Bu göstəricinin onilliyin sonuna qədər 80 faizə çata biləcəyi qeyd olunur.
Qəzetin məlumatına əsasən, bu vəziyyət bəzi Avropa ölkələrinin enerji və müdafiə qurumlarında narahatlıq yaradıb. Onlar hesab edirlər ki, bu cür asılılıq Avropa İttifaqının daxili enerji siyasətinə ABŞ-yə və onun "qeyri-sabit prezidentinə" həddindən artıq təsir imkanı verə bilər.
NYT bildirir ki, ABŞ-dən asılılığı azaltmaq üçün Avropa İttifaqı sənaye elektrik şəbəkələri, istilik təminatı və nəqliyyat sahələrində öz bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirməyə çalışır.
NATO-nun Avropadakı qüvvələrinin keçmiş müavini Riçard Şirreff qəzetə açıqlamasında bildirib: "ABŞ-dən asılılıq yaratmaq, bütün hörmətlə yanaşsaq, belə bir dövrdə ağıllı addım deyil".
Xatırladaq ki, Avropa İttifaqı Şurası Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalına tam qadağanın 2027-ci il yanvarın 1-dən, boru kəməri ilə qaz idxalına qadağanın isə 2027-ci il sentyabrın 30-dan qüvvəyə minməsini təsdiqləyib.(Teleqraf)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 25 İyul 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















