Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

80 il sonra ilk: Dünyanın yatmış hərbi gücü oyanır Həyəcan

80 il sonra ilk: Dünyanın yatmış hərbi gücü oyanır Həyəcan

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın son açıqlamaları yenidən qlobal siyasi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. O, bir daha NATO ölkələrinin müdafiə xərclərini artırmamasını tənqid edib. Tramp hətta bu səbəbdən İspaniyanın Alyansdan çıxarılmasının vacibliyindən danışıb.

Trampın, “İspaniya kifayət qədər yüksək hərbi xərclər ayırmır, bəlkə də onları NATO-dan qovmaq lazımdır”, – fikri, əslində, ABŞ-ın uzun illərdir daşıdığı ağır hərbi yükə qarşı etirazdır. ABŞ onilliklərdir Avropanın təhlükəsizliyini təmin edən əsas qüvvə kimi çıxış edir. Vaşinqtonun hərbi büdcəsi və qlobal resursları, NATO-nun fəaliyyətinin dayanıqlılığını təmin edən əsas dayaqlardandır. Lakin bu, həm də ABŞ üçün ciddi iqtisadi və siyasi yükdür. Avropa ölkələri uzun illərdir öz təhlükəsizliklərini təmin etməkdə Vaşinqtona həddən artıq güvəniblər, nəticədə isə hərbi baxımdan ondan asılı vəziyyətə düşüblər.

Trampın hazırkı ritorikası, bir tərəfdən, bu asılılığı azaltmağa, digər tərəfdən, Avropanı daha məsuliyyətli mövqeyə gətirməyə hesablanıb. O, NATO-nun kollektiv müdafiə mexanizminin ədalətli şəkildə bölüşdürülməsini istəyir. ABŞ hər il Alyansın ümumi hərbi xərclərinin yarıdan çoxunu təkbaşına qarşılayır.

Donald Trampın mövqeyi təkcə NATO ilə də məhdudlaşmır. Onun təhlükəsizlik və müdafiə xərcləri ilə bağlı tələbləri qlobal miqyasda eyni məntiqlə formalaşıb. Tramp dəfələrlə bildirib ki, ABŞ dünyanın “təhlükəsizlik sponsoru” olmamalıdır. O, eyni ritorikanı Yaponiya, Cənubi Koreya, kimi müttəfiq dövlətlərə qarşı da səsləndirib. Məsələn, Tramp bir neçə dəfə açıq şəkildə demişdi ki, ABŞ Yaponiyanı müdafiə edirsə, o ölkə də bunun əvəzində daha çox maliyyə öhdəliyi götürməlidir. Hətta Cənubi Koreyadan ABŞ-ın regiondakı hərbi bazalarının saxlanması üçün daha yüksək ödənişlər tələb etmişdi.

Bu yanaşma prinsipcə doğrudur, amma mövzunun təhlükəli tərəfi də var. Məsələn, Almaniya və Yaponiyanın silahlanması ideyası tarixi baxımdan risklidir. Bu ölkələr 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ordularını məhdudlaşdırmaq və hərbi xərcləri azaltmaq məcburiyyətində qalmışdılar. Həmin məhdudiyyətlər təsadüfi deyildi, çünki hər iki ölkə bir əsr ərzində iki dünya müharibəsinə səbəb olmuşdu və onların yenidən güclü hərbi qüvvəyə çevrilməsi qlobal təhlükəsizlik üçün həssas məsələdir.

İndi isə vəziyyət dəyişir. Trampın təzyiqləri və qlobal siyasi gərginlik fonunda həm Almaniya, həm də Yaponiya öz müdafiə büdcələrini artırmağa başlayıblar. Siyasi mühitdə isə sağçı, milli yönümlü qüvvələrin təsiri artır. Bu da o deməkdir ki, hərbi gücün artması təkcə müdafiə məqsədi daşımaya bilər. Tarix göstərib ki, iqtisadi yüksəliş və milli özünəinamın artdığı dövrlərdə bəzi dövlətlər müdafiə konsepsiyasını asanlıqla aqressiv siyasətə çevirə bilirlər.

Fikrimcə, Almaniya və Yaponiyanın silahlanması prosesi diqqətlə izlənilməlidir. Çünki bu, yalnız Vaşinqtonun yükünü azaltmaqla bitməyəcək. Balans pozularsa, on illərlə formalaşmış beynəlxalq sabitlik sistemi sarsıla bilər.

Turan Rzayev

Siyasi şərhçi

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Noyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri