87 milyon manat mükafat formasında yerli icra hakimiyyəti orqanlarına verilib Nazir
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
"Yerli icra qurumlarının mükafatlandırılması sistemi var. Kifayət qədər yaxşı nəticə verməkdədir. Bu sistemlə bu il təxminən 87 milyon manat vəsait əlavə mükafat formasında yerli icra hakimiyyəti orqanlarına verilib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu vəsaiti Dövlət Vergi Xidməti yığıb, həmin vəsait rayonda daha yüksək proqnozlaşdırıldıqda, onun 50 %-i həmin yerli icra hakimiyyəti orqanının sərəncamına verilir:
"Daha çox məbləğlər böyük şəhərlərdə formalaşır. Bəzi rayonlarda bu alınmır. Bunun da səbəbləri var. Bu istiqamətdə işlər görülür. Onların ümumiyytələ 750 milyon manatlıq büdcələri var. Yerli qurumların gəlirləri 795 milyon manat, xərcləri isə 800 milyon manatdır. Onlar büdcələrinin 12-13 %-ni mükafat formasında qazana bilərlər".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 19 Noyabr 2024 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















