89 yaşlı kişi 5 nəfəri yaralayıb qaçdı
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yunanıstanda 89 yaşlı təqaüdçü ölkənin Vahid Sosial Sığorta Fondunda (EFKA) və Afina Apelyasiya məhkəməsində odlu silahla beş nəfəri yaralayıb.
Milli.Az xəbər verir ki, bu barədə "ERT-news" telekanalı məlumat yayıb.
Məlumata görə, kişi əvvəlcə Afinanın Petralona rayonunda yerləşən EFKA binasına daxil olub. Şahidlərin bildirdiyinə görə, o, dördüncü mərtəbəyə qalxaraq, tavana atəş açıb, daha sonra isə əməkdaşlardan birini ayağından yaralayıb. Zərərçəkən yerli xəstəxanaya çatdırılıb, onun xəsarəti həyati təhlükə yaratmır.
Bundan sonra həmin şəxs Afina Apellyasiya Məhkəməsinin binasında görünüb, burada da dördüncü mərtəbəyə qalxaraq məhkəmənin katibləri olan dörd qadına atəş açıb. Mövcud məlumata əsasən, onlar yüngül xəsarətlər alıblar. Cinayətkar ov tüfəngini hadisə yerində qoyaraq yenidən qaçıb. Onun bu hərəkətlərinin motivləri hələlik məlum deyil.
Telekanalın məlumatına görə, söhbət əvvəllər psixiatriya klinikasında müalicə almış 89 yaşlı bələdiyyə işçisindən gedir. Polis cinayətkarın axtarışı üçün genişmiqyaslı əməliyyata başlayıb.
Milli.Az
Baxış sayı:108
Bu xəbər 28 Aprel 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















