Zelenski bu məsələdə güzəştə gedir “Bu, Kiyevin mövqeyində dəyişikliyi göstərir
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Zelenski ilk dəfə Rusiyanın sülh müqaviləsinin bir hissəsi olaraq təhlükəsizlik zəmanətləri ala biləcəyini etiraf edib. Bu açıqlama Ukrayna ilə Rusiya arasında sülh danışıqlarını bərpa etmək üçün ABŞ-nin diplomatik səylərinin gücləndirilməsi fonunda Kiyevin mövqeyində əhəmiyyətli bir dəyişiklik olduğunu göstərir".
“AzPolitika” xəbər verir ki, “Financial Times” qəzetində dərc edilən məqalədə belə deyilir. Nəşrin qeyd etdiyi kimi, Volodimir Zelenski ilk dəfə olaraq potensial sülh müqaviləsinin bir hissəsi kimi Rusiyanın təhlükəsizlik zəmanətləri ala biləcəyi fikrini irəli sürüb.
O qeyd edib ki, Qərb ölkələri gələcəkdə Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı tələblərini müzakirə edə bilərlər, lakin vurğulayıb ki, əvvəlcə Ukraynanın öz təhlükəsizlik ehtiyacları ödənilməlidir.
Nəşrin qeyd etdiyi kimi, Kiyev və onun Qərb müttəfiqləri indiyə qədər Rusiyanın NATO-dan təhlükəsizlik zəmanətləri və Avropa təhlükəsizlik arxitekturasının əsaslı şəkildə dəyişdirilməsi tələblərini rədd edirdilər. Onlar bunu Moskvanın öz təsir dairəsini artırmaq və qonşu dövlətlərin suverenliyini sarsıtmaq cəhdləri kimi qiymətləndiriblər.
Zelenski jurnalistlərə deyib: "Əvvəlcə bu müharibəni həll etməliyik və yalnız bundan sonra Rusiyanın təhlükəsizlik sahəsindəki öz qavrayışlarına və gözləntilərinə əsaslanaraq qaldırdığı suallara cavab axtarmalıyıq".
O, həmçinin vurğulayıb ki, Avropa müharibədən sonrakı nizamlanma və təhlükəsizlik zəmanətlərinin müzakirəsində iştirak etməlidir: "Biz Amerika vasitəçiliyi ilə ruslarla konseptual məsələləri müzakirə edə bilərik. Lakin təhlükəsizlik zəmanətləri formatına keçsək və bu zəmanətlərin Avropanın iştirakını tələb etməsi barədə razılığa gəlsək, onda Avropa belə müzakirələrdə iştirak etməlidir".
Nəşrin qeyd etdiyi kimi, Kiyevin mövqeyindəki dəyişiklik Ukrayna rəhbərliyinin ABŞ və Rusiya arasındakı yaxınlaşma ilə bağlı artan narahatlığını əks etdirir.
C.Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 28 Oktyabr 2026 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















