9 azərbaycanlı Qazaxıstanda təhsil alacaq
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində 9 nəfər Azərbaycan vətəndaşı 2026–2027-ci tədris ili üzrə Qazaxıstanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
XQ xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qazaxıstan tərəfinin yekun seçim qərarına əsasən, Azərbaycan vətəndaşlarından 4 nəfər "Al-Farabi Kazakh National University", 2 nəfər "Almaty Management University", 1 nəfər "L.N. Gumilyov Eurasian National University", 1 nəfər "Maqsut Narikbayev University", 1 nəfər isə "Caspian State University of Technology and Engineering named after Sh. Yessenov" universitetində təhsil alacaq.
Təhsil almaq hüququ qazanan şəxslərdən 3 nəfər bakalavriat, 1 nəfər magistratura, 5 nəfər isə doktorantura səviyyəsi üzrə seçilib.
Təhsil proqramları iqtisadiyyat və idarəetmə, humanitar və sosial elmlər, eləcə də yer elmləri ixtisas istiqamətlərini əhatə edir.
Təqaüd proqramı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 14 Oktyabr 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















