Icma.az
close
up
RU
9 cu ANİMAFİLM Festivalı başlayır

9 cu ANİMAFİLM Festivalı başlayır

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

13-17 may 2026-cı il tarixində 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Bizim.Media xəbər verir ki, festival Azərbaycan Animasiya Assosiasiyasının və “ANİMAFİLM” MMC-nin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) və “Yaradıcı Mərkəz”in dəstəyi ilə baş tutacaq.
Animasiya sahəsində peşəkarlarla həvəskarlar arasında körpü olan, yaradıcı mübadilələr vasitəsi ilə yeni layihələrin yaranması meydanına çevrilən və hər il yeni aktual mövzuya həsr olunan ANİMAFİLM bu dəfə iştirakçıları “Dəniz” səyahətinə dəvət edir.
Festival çərçivəsində tədbirlər Nizami Kino Mərkəzi, dünyada ilk muzey olan “Suraxanı” gəmi-muzeyi və “Fluxus Space” qalereyasında keçiriləcək.
ANİMAFİLM Festivalının direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyevin sözlərinə görə, festival zamanı tamaşaçılar zəngin müsabiqə və müsabiqədənkənar proqramları izləyəcək, xarici animasiya müəllifləri ilə görüşəcək, “İsi və Piti” uşaq animasiya serialının, “Yulaf dönərgə” qısametrajlı animasiya filminin premyeralarının şahidi olacaqlar.
 

Tədbirlər bununla bitmir. ANİMAFİLM Festivalında qonaqlara “ANİMAFİLM School: Stop-motion” ustad dərsi, yerli və xarici animasiya layihələrinin 2-ci ANİMAFİLM Beynəlxalq Pitçinq Müsabiqəsi, “ANİMAFİLM” jurnalı, “OSCAR” və “BAFTA” mükafatlarına layiq görülmüş animasiya filmləri təqdim olunacaq.


Festivalın tam proqramı ilə www.animafilm.az saytında tanış ola bilərsiniz.
Qeyd edək ki bu il Festivalın coğrafiyası daha da genişlənmişdir. Dünyanın 60-dan çox olkəsindən festivalda iştirak üçün 437 animasiya filmi gondərilib.
Rəsmi musabiqə proqramına 20 muxtəlif olkəni təmsil edən umumilikdə 31 film daxil edilib.
Seçilmiş filmlər həm visual zənginliyi, istifadə olunan innovativ animasiya texnikaları, həm də toxunduğu qlobal və lokal mövzuların dərinliyi ilə fərqlənir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 May 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see382

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see315

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see299

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see278

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see275

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see270

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see268

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi (Video)

29 Avqust 2026 23:15see235

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see219

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see210

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see203

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see200

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see196

İranın əsas ticarət qapısında durğunluq yaşanır GÖRÜNTÜ

29 Avqust 2026 23:28see193

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

30 Avqust 2026 02:08see192

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see186

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see186

“Meydanda pul rol oynamır” Fərid Namazov

29 Avqust 2026 23:19see184

Trampın nitqi üzərindən fırıldaq edən işçi ifşa edildi

30 Avqust 2026 01:28see171

Rusiyada miqrantlara qarşı əməliyyat Yeni texnologiya tətbiq olundu

29 Avqust 2026 23:28see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri