Icma.az
close
up
RU
9 dan 6 ya kimi iş saatı, 300 manat maaş İşçi hara şikayət edə bilər?

9 dan 6 ya kimi iş saatı, 300 manat maaş İşçi hara şikayət edə bilər?

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əmək bazarında tez-tez rast gəlinən hallardan biri də qeyri-real maaş vəd edən iş elanlarıdır. Xüsusilə, son zamanlar bəzi iş yerlərində aylıq əmək haqqı 300-350 manat, bəzən isə daha da aşağı göstərilsə də, iş saatları qanunla müəyyən edilmiş tam iş gününü – yəni səhər saat 9-dan axşam saat 6-ya qədər olan dövrü əhatə edir. Halbuki, ölkə qanunvericiliyinə əsasən, minimum əmək haqqı 400 manat səviyyəsində müəyyən olunub. Bu cür hallarla qarşılaşdıqda nə etməli, kimə və necə müraciət olunmalıdır?

News24.az xəbər verir ki, valyuta.az-ın sorğusuna cavab olaraq, Dövlət Əmək Müffəttişliyi Xidmətindən bildirildi ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib: "Aylıq iş vaxtı normasını işləyən və əmək funksiyasını yerinə yetirən işçinin aylıq əməkhaqqı da 2025-ci il yanvarın 1-dən həmin məbləğdən az ola bilməz. Qeyd edilən işçilərə 400 manatdan az əməkhaqqı verilməsi qanun pozuntusu hesab olunur".

Qanunla təyin olunmuş əməkhaqqı almaq işçinin hüququdur

Deyilir ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 2-ci hissəsinə əsasən ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qadağandır: "Həmin Məcəllənin 9-cu maddəsinin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əməkhaqqı almaq işçinin əsas hüquqlarından biridir. Bu tələblərin pozulması İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir".

Sistemli tədbirlər görülür, maarifləndirmə işləri aparılır

Onların sözlərinə görə, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bir sıra sistemli tədbirlər həyata keçirilir: "Görülmüş preventiv tədbirlər çərçivəsində 2025-ci il yanvarın 1-dən etibarən “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələrinə 400 manatdan aşağı əməkhaqqı məbləğinin daxil edilməsinə məhdudiyyət tətbiq edilib. Həmçinin maarifləndirmə tədbirləri çərçivəsində müvafiq Sərəncamdan dərhal sonra ƏMAS üzərindən işəgötürənlərin və işçilərin elektron kabinetlərinə minimum aylıq əmək haqqının artımı ilə bağlı xəbərdarlıq göndərilib. Habelə maarifləndirmə işləri mobil operator nömrələrinə SMS xəbərdarlıqların göndərilməsi, zənglərin edilməsi, müxtəlif media orqanlarına mütəmadi müsahibələrin verilməsi və sosial şəbəkələrdə paylaşımların edilməsi ilə davam etdirilir". 

Vətəndaşlar şikayət etməlidir

Qeyd edildi ki, əmək münasibətləri və əməkhaqqı göstəriciləri ƏMAS vasitəsilə real vaxt rejimində monitorinq olunur, vətəndaşların şikayətləri əsasında araşdırmalar aparılır, pozuntu halları müəyyən edildikdə inzibati məsuliyyət tədbirləri tətbiq olunur: "İşəgötürənlərə rəsmi göstərişlər və metodiki dəstək verilir".

Valyuta.az-a danışan İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov bildirdi ki, bu hallarla qarşılaşmamaq üçün əvvəlcədən iş axtaranın özü də bəzi addımları bilməli və atmalıdır: “İş axtaranlara əsas tövsiyəmiz odur ki, əmək müqaviləsini imzalamazdan əvvəl diqqətlə oxusunlar. Çünki əmək müqaviləsində əmək haqqı və iş saatları açıq şəkildə göstərilir. Əgər tam iş rejimi nəzərdə tutulubsa, əmək haqqı heç bir halda 400 manatdan aşağı ola bilməz. Bu halda aşağı məbləğ göstərilməsi qanun pozuntusudur və cəriməyə səbəb ola bilər. İşçi ilk öncə işəgötürəni ilə məsələni aydınlaşdırmalı əgər həll yolu tapa bilməzsə, işçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli əmək müfəttişliyi orqanlarına müraciət etməlidir”.

Təyin olunmuş həftəlik iş vaxtı 40 saatdır, əks halda...

A.Həsənovun sözlərinə görə, həftəlik iş vaxtı 40 saat nəzərdə tutulub: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsində həftəlik normal iş vaxtının müddəti 40 saat müəyyən olunub, bu tam iş vaxtı deməkdir. 90-cı maddədə isə qeyd edilib ki, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtını 5 və ya 6 günlük rejimdə təyin edə bilər və hər iki halda da 40 saat norma gözlənməlidir. Bundan əlavə, 155-ci maddəyə görə, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz və eləcə də  iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir. Natamam iş vaxtında işləmiş işçi tam əmək haqqı almaya bilər. Çünki burada minimal əmək haqqı 40 saat işləmiş işçilərə şamil edilir".

İş elanları işçiyə əvvəlcədən bəzi siqnallar verir

Mütəxəssis qeyd edir ki, mənşəyi bilinməyən, qeyri-rəsmi iş elanlarına müraciət etməyin: “Bir şirkət var, işçi axtarır”, “xarici şirkətdə vakansiya”, “transmilli holdinqdə iş var”, “müəllimlərə və hərbiçilərə xüsusi təklif” kimi qeyri-müəyyən elanlara aldanmayın. Ciddi və rəsmi bir iş elanında mütləq şirkətin adı, ünvanı, fəaliyyət sahəsi göstərilməlidir. Əgər elan fərdi sahibkar tərəfindən verilibsə, VÖEN qeyd olunmalıdır. Elanlarda vəzifə adı, öhdəliklər, əmək haqqı, iş saatı və tələb olunan bilik-bacarıqlar açıq şəkildə yazılmalıdır. Müsahibəyə çağırıldıqda isə ilk olaraq şirkətin adını və görüş yerini bilin. Müsahibələr yalnız şirkətin ofisində və ya rəsmi filialında keçirilməlidir. Kafe, restoran və ya ictimai yerlərdə keçirilən görüşlərdə aldanma halları çox olur. Unutmayın, rəsmi və məsuliyyətli şirkətlər işçinin hüququnu qoruyur, çünki bu onlar üçün əhəmiyyətlidir. İş axtarma prosesində tələskən qərarlar verməyin. Diqqətli olun, hüquqlarınızı bilin və özünüzü riskə atmayın”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 İyul 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri