İş saatı dəyişdirilən işçi 30 min manat təzminat aldı KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
İngiltərənin Mançester şəhərində autizm diaqnozu qoyulmuş bir poçtalyonun səhər saat 5:00-da işə başlama vaxtının dəyişdirilməsi ilə bağlı qaldırdığı məhkəmə iddiası başa çatıb.
KONKRET.az bildirir ki, məhkəmə poçt idarəsini işçi üçün “ağlabatan şərait yaratmamaqda” günahkar bilərək poçtalyona 12.925 funt sterlinq (təxminən 30 min Azn) təzminat təyin edib.
Uzun illərdir Ekklz bölgəsində işləyən Darren Uilyamsa 2022-ci ildə autizm və ruhi sağlamlıq problemləri diaqnozu qoyulub.
O, səhər tezdən işə başlamağı adi hala gətirib, beləliklə, sosial izdihamdan kənar qalıb və işdən sonra yalnız sağlamlıq problemləri olan həyat yoldaşı ilə vaxt keçirə bilib. Lakin, xəstəlik məzuniyyətindən sonra işə qayıtdıqda Uilyamsa rəhbərliyi tərəfindən iş saatlarının sağlamlıq risklərini azaltmaq səbəbindən 06:45-ə dəyişdirildiyi bildirilib.
Uilyamsın köhnə iş qrafikinə qayıtmaq tələbi rəhbərlikntərəfindən çoxsaylı elektron poçt və məktublarla rədd edilib. Bu prosesi “təqib” kimi təsvir edən poçtalyon məsələni əmək tribunalına aparıb. İşə sədrlik edən hakim qeyd edib ki, nəhəng logistika şirkəti lazımi texnoloji resurslara malik olmasına baxmayaraq, işçinin əlilliyinə uyğun çatdırılma marşrutu yaratmaq üçün kifayət qədər səy göstərməyib.
Məhkəmə heyəti səhər saat 5:00-dakı iş rejiminin işçinin narahatlıq səviyyəsini azaltdığını və bu rejimin pozulmasının psixoloji sıxıntıya səbəb olduğunu müəyyən edib. Qərarda şirkətin səhər saat 6:00 kimi daha çevik keçid dövrü planlaşdıra biləcəyi, lakin bunu etmədiyi bildirilir. Nəticədə, məhkəmə Uilyamsın yaşadığı “emosional zərər”ə görə kompensasiya və əvvəlki iş saatlarına tədricən qayıtmağı əmr edib. Bu qərar iş dünyasında işçi hüquqları və əlilliyə uyğunlaşma ilə bağlı mühüm bir presedent hesab olunur.\\sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 26 Fevral 2026 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















