Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

9 Oktyabr Ümumdünya Poçt Günüdür

9 Oktyabr Ümumdünya Poçt Günüdür

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Poçtun gələcəyi: ənənədən innovasiyaya – Ümumdünya Poçt Günündə yeni reallıqlar

Bakı, 9 oktyabr, Pərvanə Qafarova, AZƏRTAC

Oktyabrın 9-u dünyada poçt sahəsi işçilərinin peşə bayramı – Ümumdünya Poçt Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, 1874-cü ildə imzalanmış Bern müqaviləsi ilə əsası qoyulan və bu gün 192 ölkəni birləşdirən Ümumdünya Poçt İttifaqı (ÜPİ) dünyanın ən qədim və nüfuzlu beynəlxalq təşkilatlarından biridir. Onun əsas missiyası universal poçt şəbəkəsini təmin etmək, xidmətlərin keyfiyyətini artırmaq və qlobal əməkdaşlığı dəstəkləməkdir.

150 illik ənənə: Bern müqaviləsindən qlobal şəbəkəyə

Bu il ÜPİ bayramın şüarını “Poçt insanlar üçündür: yerli xidmətlər, qlobal əhatə” kimi müəyyən edib. Mövzu təsadüfi deyil. Çünki hələ də dünya əhalisinin üçdə biri internetə çıxış imkanından məhrumdur və poçt xidmətləri bu boşluğu dolduran əsas vasitə olaraq qalır. Poçt yalnız məktubların çatdırılması deyil, həm də insanların sosial, iqtisadi və rəqəmsal inteqrasiyasını təmin edən mühüm infrastruktur hesab olunur. Ümumdünya Poçt Günü 1969-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində təsis edilib.

Yarandığı vaxtdan ötən illər ərzində çox böyük inkişaf yolu keçmiş ÜPİ hazırda dünyanın, demək olar ki, bütün ölkələrini özündə birləşdirməklə, təkcə poçt sahəsində deyil, həm də beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilib. ÜPİ həm də siyasi bir təşkilat olmaqla, BMT-nin xüsusiləşdirilmiş idarəsi kimi fəaliyyət göstərir.

Poçt sahəsinin iqtisadi inkişafda mühüm rolunu bir daha gündəmə gətirən bu bayram hər il dünyanın 150-dən çox ölkəsində qeyd olunur. Bu beynəlxalq bayramda bir çox poçtlar yeni məhsul və xidmətləri təqdim və ya təşviq edirlər.

Azərbaycanın 1993-cü ilin aprel ayında bu quruma üzv qəbul olunması respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə əlavə imkanlar yaradıb. Müstəqil ölkə kimi ÜPİ üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, çox sürətli inkişaf yolu keçib və öz fəaliyyətinin ÜPİ-nin müəyyən etdiyi beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm uğurlar əldə edib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ölkəmiz ÜPİ-nin 2004-cü ildə Buxarestdə keçirilmiş 23-cü Konqresində ilk dəfə olaraq, bu təşkilatın ali orqanı olan Administrativ Şuraya, 2008-ci ildə Cenevrədə keçirilmiş 24-cü Konqresində təşkilatın hər iki ali orqanına - Administrativ Şuraya və Poçt İstismarı Şurasına, 2016-cı ildə İstanbulda keçirilmiş 26-cı Konqresində isə yenidən Poçt İstismarı Şurasına üzv seçilib.

Azərbaycan poçt qurumu 1991-ci ildə Regional Rabitə Birliyinə (RRB), 2001-ci ildə Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT), “Azərpoçt”un filialı olan “Azərekspresspoçt” Rabitə Müəssisəsi isə 2002-ci ildən etibarən ÜPİ-nin EMS (sürətli poçt) Kooperativinin tamhüquqlu üzvlüyünə qəbul edilib.

Azərbaycanın ilk poçt markaları 1919-cu il oktyabrın 20-dən başlayaraq dövriyyəyə buraxılıb. İlk poçt markası Azərbaycan əsgərinə həsr olunub.

Poçtun dəyişən rolu: məktubdan rəqəmsal ekosistemə

Vaxtilə təkcə məktubların çatdırılması ilə assosiasiya olunan poçt bu gün elektron ticarət, maliyyə xidmətləri, rəqəmsal platformalar və logistikanın əsas iştirakçısına çevrilib. Dünyada 1,5 milyard insan poçt şəbəkəsi vasitəsilə ödəniş, pul köçürməsi və digər maliyyə xidmətlərinə çıxış əldə edir. Poçt xidmətlərinin dəyəri yalnız logistik funksiyalarla məhdudlaşmır. O, həm də insanların maliyyə xidmətlərinə çıxışını təmin edir, kiçik və orta biznesin inkişafına dəstək olur, sosial əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu gün dünyada 650 min poçt şöbəsi və 5,3 milyon əməkdaşı ilə poçt sistemi qlobal şəbəkədir.

ÜPİ-nin hesablamalarına görə, poçt xidməti hər gün milyonlarla insanı bir-biri ilə əlaqələndirir, eyni zamanda, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verir. Xüsusilə yoxsulluğun azaldılması, iqtisadi imkanların genişləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizədə poçtun əhəmiyyəti daha da artır.

COP29 gündəliyində poçt: iqlimə təsir və yeni öhdəliklər

İqlim dəyişikliyi fonunda poçt sektorunun rolu daha da aktuallaşır. COP29 çərçivəsində keçirilən “Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə” mövzusunda yan tədbir bu məsələyə xüsusi diqqət yetirdi. Tədbirdə ÜPİ, BMT, Dünya Bankı, ICAO, IMO və digər beynəlxalq təşkilatların nümayəndələri, həmçinin Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC iştirak edib.

Müzakirələrdə bildirilib ki, son illərdə qlobal istixana qazı emissiyalarının təxminən 10 faizi poçt yükdaşımalarının payına düşür. Xüsusilə kiçik həcmli göndərişlərin çoxalması bu tendensiyanı gücləndirən əsas amillərdəndir. Bu baxımdan alternativ nəqliyyat modellərinin tətbiqi, çeşidləmə mərkəzlərinin yenilənməsi və inteqrasiya olunmuş poçt şəbəkələrinin fəaliyyəti mühüm zərurət kimi dəyərləndirilib.

“Azərpoçt” rəsmiləri bildirib ki, milli poçt operatoru artıq karbon emissiyalarını azaltmaq üçün bir sıra addımlar atıb. Çatdırılma marşrutlarının optimallaşdırılması, çeşidləmə mərkəzlərində rəqəmsal həllərin tətbiqi, gələcəkdə isə elektrik və hibrid avtomobillərdən istifadə edilməsi bu strategiyanın əsas hissələrindəndir.

İqlim dəyişikliyi və poçt əməliyyatları bir-biri ilə sıx bağlıdır. İqlim dəyişikliyinin təsirləri daha da şiddətləndikcə, poçt xidmətlərinin uyğunlaşması və daha davamlı olması vacibdir. İqlimə davamlı infrastruktura sərmayə qoymaqla, biz dəyişən dünyada poçt xidmətlərinin davamlı fəaliyyətini təmin edə bilərik.

Belə ki, “Azərpoçt” elektrik və ya hibrid avtomobillərdən istifadə etməyi planlaşdırır ki, bu da ənənəvi benzinlə işləyən avtomobillərdən asılılığı əhəmiyyətli dərəcədə azaldacaq. Kağız istehlakını azaltmaq və rəqəmsallaşmanı təşviq etmək məqsədilə “Azərpoçt” onlayn xidmətləri və rəqəmsal əməliyyatları fəal şəkildə təşviq edir.

“Azərpoçt”, həmçinin digər poçt operatorları və logistika şirkətləri ilə ən yaxşı təcrübə mübadiləsi və iqlim dəyişikliyi ilə bağlı problemlərin birgə həlli üzrə fəal əməkdaşlıq edir. Beynəlxalq təşəbbüslərdə və forumlarda iştirak edən şirkət, habelə ən son davamlı inkişaf təcrübələri və texnologiyalarının tətbiqini həyata keçirir.

Azərbaycanda poçt sənayesi üçün daha yaşıl və dayanıqlı gələcək qurmaq məqsədilə enerji səmərəliliyi, dayanıqlı logistika, kağızdan istifadənin azaldılması, işçilərin məlumatlandırılması və beynəlxalq əməkdaşlıq “Azərpoçt” MMC-nin əsas inkişaf istiqamətləridir.

Poçt və sosial missiya: əlçatmaz bölgələrdə həyat damarları

Dünyanın bəzi bölgələrində internetə çıxışı olmayan milyonlarla insan üçün poçt hələ də əsas ünsiyyət və iqtisadi fəaliyyət vasitəsidir. Builki Ümumdünya Poçt Gününün mövzusu da bu reallığı əks etdirir: “Poçt insanlar üçün: yerli xidmət, qlobal əhatə”.

Poçt məktublardan daha çox şeydir – o, həm bizneslər üçün müştəriyə çıxış kanalı, həm də kəndlərdə yaşayan insanlar üçün dünyaya açılan qapıdır. Ümumdünya Poçt Günü təkcə peşə bayramı deyil, həm də poçtun cəmiyyət və iqtisadiyyat üçün rolunun dərk edilməsinə xidmət edir. Rəqəmsal texnologiyaların inkişafı ilə yanaşı, ənənəvi poçt sistemi hələ də milyonlarla insanın həyatında mühüm körpü rolunu oynayır. Azərbaycanın milli poçt operatoru “Azərpoçt” da bu prosesdə fəal iştirak edərək həm xidmət keyfiyyətini artırır, həm də davamlılıq və iqlim gündəliyinə uyğun addımlar atır.

Azərbaycanın işğaldan azad olunan ərazilərində əhaliyə poçt xidmətlərinin göstərilməsi davam etdirilir. Bu il Şuşa və Kəlbəcərdə poçt şöbələri fəaliyyətə başlayıb. Belə ki, sentyabr ayında AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC Kəlbəcər şəhərində AZ3200 indeksli Kəlbəcər Poçt Şöbəsini vətəndaşların istifadəsinə verib.

Xatırladaq ki, Qarabağ iqtisadi rayonuna daxil olan Hadrutda poçt şöbəsi 2020-ci, Xankəndi poçt filialı isə 2024-cü ildə istifadəyə verilib. Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cocuq Mərcanlıda 2020-ci ildə poçt şöbəsi yaradılıb, 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub.

Bu il Azərbaycan Ümumdünya Poçt İttifaqının rəhbər strukturlarına seçildi

Bu ilin may ayında paytaxt Bakı Ümumdünya Poçt İttifaqının (ÜPİ) təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərpoçt” MMC-nin dəstəyi ilə keçirilən “Poçt Liderləri Forumu”na ev sahibliyi edib. Forumda 30-dan çox ölkədən 180-ə yaxın nümayəndə iştirak edib.

Bu yaxınlarda isə ÜPİ Konqresinin 28-ci sessiyası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş seçkilərdə Azərbaycan təşkilatın İnzibati Şurası və Poçt Əməliyyatları Şurasının 2026-2029-cu illər üzrə üzvlüklərinə seçilib.

Yüksək rəqabət şəraitində keçirilən seçkilərdə Azərbaycan ilk mərhələdə iştirak edən ölkələrin əksəriyyətinin dəstəyini təmin edib. Bu, ölkəmizin beynəlxalq səviyyədə diplomatik uğuru olmaqla yanaşı, poçt siyasətinin formalaşdırılmasına təsir etmək, müasir innovasiyalara çıxış, qabiliyyət quruculuğu və texniki dəstək imkanlarını genişləndirəcək.

Gələcəyin poçtu: ənənə ilə innovasiyanın vəhdəti

Rəqəmsallaşma, e-ticarət və iqlim dəyişiklikləri poçtun gələcəyini yenidən müəyyənləşdirir. Əgər keçmişdə məktub “hisslərin daşıyıcısı” idisə, bu gün poçt böyük logistika şəbəkəsi, maliyyə xidməti provayderi və iqlim mübarizəsinin tərəfdaşıdır. “Azərpoçt”un rəsmi səhifəsi və xidmət bölmələri göstərir ki, qurum rəqəmsal xidmətlərə investisiya edir: göndərişlərin izlənməsi, mobil tətbiq və onlayn xidmətlər vasitəsilə müştəri təcrübəsini yaxşılaşdırır. Bu istiqamətdə “Azərpoçt”un əməkdaşları Çin, Yaponiya və Avropa ölkələrində beynəlxalq tədbirlərdə iştirak edir, müasir təcrübə ilə bölüşür.

Beynəlxalq nümunələr isə göstərir ki, paket-lockerlər, süni intellekt əsaslı optimallaşdırma və açıq API-lər önəmli sürətverən amillərdir. (API inteqrasiyası iki və ya daha çox proqram üçün məlumatların bir-biri ilə əlaqə saxlaması və paylaşılması üçün vasitə yaratmaq prosesidir. (API-ləri (Tətbiq Proqramlaşdırma İnterfeysləri) müxtəlif proqram sistemlərinin hamının başa düşdüyü dildə bir-biri ilə “danışmasına” imkan verən rəqəmsal mesencerlərdir - red.). Bu istiqamətlər üzrə məqsədyönlü investisiya və strateji tərəfdaşlıqlar “Azərpoçt”un həm yerli, həm regional vəziyyətini gücləndirə bilər.

Ümumdünya Poçt Günü bir daha göstərir ki, poçt yalnız keçmişin nostaljisi deyil, həm də gələcəyin innovasiyalarını daşıyan qlobal platformadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri