9 yaşlı fiziki qüsurlu uşağın ölümündə təqsirli bilinən şəxsə ağır cəza istənildi
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakının Binəqədi rayonunda qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının azyaşlı övladını işgəncə verməklə qətlə yetirməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.
O, Yaşar Abbasovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses martın 20-nə təyin edilib.
Qeyd edək ki, Yaşar Abbasov qeyri-rəsmi nikahda yaşadığı İpək Əhmədovanı döyməkdə, doqquz yaşlı fiziki qüsurlu Əli Seyidvəli oğlu Əhmədzadəni isə işgəncə verməklə qəsdən öldürməkdə təqsirləndirilir.
Xatırladaq ki, zərərçəkən İpək Əhmədova "narkotik vasitələrin qanunsuz istifadəsi" maddəsi ilə həbs edilib.
Yaşar Abbasov barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə ittiham elan olunub.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 19 Fevral 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















