90 dəqiqə yuxuya bərabər təsir: Cəmi 20 dəqiqəlik idman...
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Yuxusuz qaldıqdan sonra cəmi 20 dəqiqəlik fiziki fəaliyyət yaddaşı müvəqqəti olaraq yaxşılaşdıra bilər.
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, Kanadanın MakGill Universitetində aparılan araşdırmada 54 sağlam gənc iştirak edib. Onlar təxminən 30 saat yuxusuz qaldıqdan sonra üç qrupa bölünüblər.
Bir qrup 20 dəqiqə orta və yüksək intensivlikdə velosiped sürüb, ikinci qrup 90 dəqiqə yatıb, üçüncü qrup isə istirahət edib.
Nəticələr göstərib ki, 90 dəqiqə yatanların yaddaş göstəriciləri nəzarət qrupu ilə müqayisədə 23 faiz, 20 dəqiqə məşq edənlərdə isə 21 faiz yaxşılaşıb.
Alimlər bildirirlər ki, qısa müddətli fiziki fəaliyyət ağır yuxu çatışmazlığından sonra yaddaşın bəzi funksiyalarını müvəqqəti gücləndirə bilər. Lakin idman yuxunu əvəz etmir və uzunmüddətli yuxusuzluğun mənfi təsirlərini aradan qaldırmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 30 Avqust 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















