Icma.az
close
up
RU
90/10 prinsipi və ya kimdir müqəssir?

90/10 prinsipi və ya kimdir müqəssir?

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


...Səhər yeməyi üçün süfrə arxasındasınız. Qızınız qəhvə ficanına toxunur və qəhvə köynəyinizə tökülür. Bu hadisədə sizin heç bir rolunuz yoxdur. Lakin bundan sonra baş verənlər artıq sizin hərəkətinizdən asılıdır.
Gileylənməyə başlayırsınız. Qəhvəni üstünüzə tökdüyü üçün qızınızı məzəmmətləyirsiniz. Təbii ki, qızınız da pərt olur və ağlamağa başlayır.
Qızınızdan sonra qəhvə fincanını masanın kənarına yaxın qoyduğu üçün həyat yoldaşınızı danlayırsınız. Mübahisə başlayır. Əsəbləriniz bir az da gərilir. Yan otağa keçib köynəyinizi dəyişirsiniz. Qayıdanda qızınızın ağlamaqdan gözlərinin qızardığını görürsünüz. Üstəlik, səhər yeməyini yemədiyinin şahidi olursunuz. Təbii ki, vaxtında süfrədən qalxmadığı üçün qızınız avtobusa gecikir. Həyat yoldaşınız işə gecikməmək üçün tez-tələsik evdən çıxır. Siz də qanıqara maşınınıza minirsiniz və qızınızı məktəbə qoymaq üçün yola çıxırsınız. Gecikdiyiniz üçün saatda 60 km sürətlə getməli olduğunuz halda saatda 90 km sürətlə gedirsiniz. 15 dəqiqə gecikdikdən və qaydanı pozduğunuza görə cərimə ödədikdən sonra məktəbə çatırsınız. Qızınız sizinlə sağollaşmadan qapıya qaçır.
20 dəqiqədən sonra işə gəlirsiniz. Bu vaxt çantanızla birlikdə bütün sənədlərinizi evdə unutduğunuzu görürsünüz. Beləliklə, iş gününüz xoşagəlməz hadisələrlə başlayır. İndi isə işdən çıxacağınız vaxtı gözləyirsiniz. Evə çatırsınız. Hər kəsin üzündə bir küskünlük var...
Bəs bütün bunlara səbəb nə idi? Qəhvə, qızınız, polis, yoxsa siz? Cavab: Əlbəttə ki, siz... Bəli, hadisələrin belə cərəyan etməsində günahkar sizsiniz. Əslində isə belə olmalı idi:
...Səhər yeməyi üçün süfrə arxasındasınız. Qızınız qəhvə ficanına toxunur və qəhvə üstünüzə tökülür. Siz nəzakətlə: “Eybi yoxdur, qızım, gələn dəfə diqqətli ol”, - deyirsiniz. Yan otağa keçirsiniz. Köynəyinizi dəyişib otaqdan çıxırsınız. Bu vaxt pəncərədən qızınızın artıq avtobusa mindiyini görürsünüz. Hətta o sizə baxıb əl də edir.
Siz və həyat yoldaşınız evdən çıxmazdan əvvəl sağollaşırsınız. Çantanızı götürüb evdən çıxırsınız. 5 dəqiqə tez işə gəlirsiniz. Kefiniz kökdür. Hamı sizin əhvali-ruhiyyənizdən danışır…
İki müxtəlif ssenari... İkisi də eyni cür başladı, ancaq ikisi də başqa cür qurtardı. Niyə? Niyəsi 90/10 prinsipindədir. Təəssüf ki, çoxumuz bunu başa düşmək istəmirik.
İndi də 90/10 prinsipi haqqında... Həyatın 10 faizi başınıza gələnlərdən ibarətdir. Qalan 90 faizi isə sizin başınıza gələnlərə münasibətinizdən. Bəzən xəstələnirsiniz, bəzən maşınınız xarab olur, bəzən təyyarə gecikir və bütün planlarınız alt-üst olur, bəzən marşrutda sürücü sizi hövsələdən çıxarır. Bəs nəticə? Nəticə, əsəb, stress, başağrısı...
Deməli, əsas məsələ hadisələrin necə baş verməsində yox, bizim hadisələrə necə münasibət göstərməyimizdədir.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 23 May 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri