Icma.az
close
up
RU
92 ölkədən olan prokurorluq nümayəndələri Bakıda Foto

92 ölkədən olan prokurorluq nümayəndələri Bakıda Foto

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Xəbər verildiyi kimi, 2025-ci il 19-23 may tarixlərində Bakı şəhəri Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasa ev sahibliyi edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, bu mötəbər tədbirdə 92 ölkəni təmsil edən 120-dən artıq dövlət qurumunun nümayəndələri, o cümlədən prokurorluqlar, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar iştirak edir. 

Ümumilikdə 300-dən çox nümayəndə tədbirə fiziki olaraq qatılıb, 60-dan artıq iştirakçı isə onlayn formatda tədbiri izləyir. İclas çərçivəsində yüzdən artıq çıxışın təqdim olunması planlaşdırılır.

Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə keçirilən Plenar iclasın növbəti sessiyası ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik” ili elan olunması fonunda “Konstitusion və insan hüquqlarını qorumaqla korrupsiyaya qarşı hüquq mühafizə fəaliyyətində texnoloji imkanların səmərəli istifadəsi” mövzusuna həsr olunub. 

ADA Universitetinin hüquq fakültəsinin dekanı Rəşad İbadovun rəhbərliyi ilə keçirilən sessiyada Baş Prokurorluğun nümayəndəsi Tuqay Rəhimli “Konstitusiya və insan hüquqlarının pozulma risklərinin qarşısını almaqda texnoloji vasitələrin rolu” mövzusunda çıxış edib.

Bununla yanaşı, Milli Aviasiya Akademiyasının eksperti Murad Orucov, eləcə də Papua Yeni Qvineya və Uqandanın nümayəndələri də mövzü üzrə öz baxışlarını təqdim ediblər.

Sessiya çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində texnoloji yeniliklərin, o cümlədən süni intellektla bağlı olan texnologiyaların tətbiqi müzakirə edilərək bildirilib ki, bu texnologiyaların tətbiqi ilə çoxsaylı üstünlüklər əldə etmək mümkün olsa da, onlarla insan hüquqlarının pozulması riski də yüksəkdir. Bu səbəbdən sessiyada vurğulanıb ki, Konstitusiyalar insan hüquqlarının əsas təminatçısı olmaqla korrupsiyaya qarşı mübarizə sahəsində texnologiyaların tətbiqi ilə insan hüquqlarının qorunmasını balanslaşdırmağa imkan yaradır.

Bundan başqa, tədbirdə süni intellekt və data analizi da daxil olmaqla qabaqcıl texnologiyaların hüquq-mühafizə orqanlarının fəaliyyətində tətbiqinin artan önəmi qeyd edilib. Vurğulanıb ki, korrupsiya cinayətləri törədən şəxslərin istifadə etdiyi sxem və mexanizmlər təkmilləşdikcə onlarla mübarizəni effektiv aparmaq üçün bu texnologiyalardan istifadə olunmalıdır. Əks halda, korrupsiyaya qarşı mübarizəni aparan dövlət orqanları korrupsiya cinayətləri törədənlərə münasibətdə hazırlıqsız olacaqlar. 

Qeyd olunanlarla yanaşı sessiyada Konstitusiyanın ali hüquqi sənəd olmaqla qanunun aliliyini təmin etməsi vurğulanmaqla bu sənəddə təsbit edilmiş şəxsi həyatın toxunulmazlığı və ədalətli məhkəmə araşdırması hüquqları, ifadə azadlığı və ayrı-seçkiliyin qadağan olunması müddəalarının insan hüquqlarına olan istənilən müdaxilələr üçün meyarlar müəyyən etməklə sui-istifadələrin qarşısını alması və insanlara texnoloji yeniliklərdən istifadə edilməklə tətbiq edilən müdaxilələrə qarşı öz hüquqlarını müdafiə etmək və müdaxilələri məhkəmə qaydasında mübahisələmdirmək imkanı yaratması qeyd olunub.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 May 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri