Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanda İnstaqram və Tiktok işləmir

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

A seriyasının lideri 1/8 finalda dayandı

A seriyasının lideri 1/8 finalda dayandı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 3-də İtaliya kubokunun 1/8 finalına start verildi.

Çərşənbə axşamı Bolonyada keçirilən ilk matçın nəticəsi gözlənildiyi kimi oldu. Amma sonrakı gündə baş tutan iki oyundan birində sürpriz yaşandı. Mərhələnin ilk oyun həftəsinin dekabrın 5-də keçirilən və ən çox maraq doğuran matçında da maraqlı nəticə qeydə alındı.
Qeyd edək ki, reqlamentə əsasən, A seriyasının son mövsümünü ilk 8 yerdə başa vuran “İnter”, “Milan”, “Yuventus”, “Atalanta”, “Bolonya”, “Roma”, “Latsio” və “Fiorentina” ölkə kubokunda mübarizəyə 1/8 finaldan başlayırlar. Bu komandalar biroyunluq mübarizədə rəqibləri ilə öz meydanlarında qarşılaşırlar. Mərhələnin ilk oyununun favoriti sayılan “Bolonya”nun evdə “Montsa”ya qalib gəlmək şansı yüksək idi. Hər hissədə iki cavabsız qol vuran Vinçentso İtalyanonun komandası 4:0 hesablı qələbə ilə 1/4 finala adladı. Darmadağında ən böyük pay sahibi Kastro oldu. 20 yaşlı argentinalı hücumçu 1 qol və 3 məhsuldar ötürmə ilə matça damğa vurdu.
“Milan” da növbəti mərhələyə asanlıqla çıxdı. Ölkə nəhənginin rəqibi “Sassuolo” hazırda B seriyasında liderlik etsə də, darmadağından qaça bilmədi. “Milan” ilk hissədə 4 cavabsız top vurmaqla cütün qalibinin kim olacağına şübhə yeri qoymadı. Matçı qeyri-optimal heyətlə keçirən Paulu Fonsekanın komandası 6:1 hesablı qələbə ilə 1/4 finala vəsiqə qazandı. Amma “Fiorentina” məkan amilindən yararlana bilmədi. A seriyasında “İnter” ilə son oyunu yarımmüdafiəçi Bovenin huşunu itirməsi səbəbindən yarımçıq qalan və təxirə salınan florensiyalılar evdə daha bir şok yaşadılar. Raffaele Palladinonun komandası “Empoli” ilə matçda qapısından erkən top buraxsa da, fasilədən sonra hesabda önə keçməyi bacardı. Lakin qonaqlar məğlubiyyətdən qaça bildilər. Reqlamentə görə, qalib əlavə vaxta ehtiyac duyulmadan penalti seriyası ilə müəyyənləşdi. Bu sınaqda 4:3 hesablı üstünlük qazanan “Empoli” 1/8 finalın ilk sürprizini reallaşdırdı.
Bu mərhələnin ən çox maraqla gözlənilən oyunu Romada baş tutdu. Ötən mövsümü 10-cu yerdə başa vuran “Napoli” İtaliya kubokunda mübarizəyə 1-ci mərhələdən başlamışdı. Bu mərhələnin qolsuz başa çatan ev oyununda “Modena”ya yalnız penalti seriyasında üstün gələn (4:3) Antonio Kontenin komandası növbəti matçda “Palermo”nun qapısından 5 cavabsız top keçirmişdi. Neapollular hazırda A seriyasında lider olsalar da, “Latsio” ilə səfər oyununun asan keçməyəcəyi aydın idi. Kontenin seçdiyi start heyətinə nəzər salarkən neapolluları paytaxtda yaxşı nəsə gözləmədiyi böyük ölçüdə məlum olurdu. Doğrudu, “Latsio”nu çalışdıran Marko Baroni də bir sıra aparıcı futbolçulara az-çox istirahət verməyi lazım bilmişdi. Amma qonaqların ilk “11-liy”i A seriyasında meydana sonradan çıxmaq şansı qazanan oyunçulardan ibarət idi. Nəticədə İtaliya çempionatının lideri Romadan evə əliboş dönməklə ölkə kubokunda mübarizəni dayandırdı. İlk dəqiqələrdən üstün oyun sərgiləyən meydan sahibləri hesabı hissənin ortalarında açmağa yaxın oldular. Amma Pedronun qazandığı penaltini Zakkanyi qola çevirə bilmədi: Kaprile onun zərbəsini dəf etdi. 10 dəqiqə sonra Noslin Jiqonun ötürməsi ilə qonaqların qapısına yol tapdı. Ancaq “Latsio”nun üstünlüyü çox da çəkmədi: dərhal hücumda fəallaşan cənublular Simeone ilə hesabı bərabərləşdirdilər. Hücuma hücumla cavab verən ev sahiblərinin üçgedişli kombinasiyası Noslinin ikinci qolu ilə nəticələndi.
Fasilədən az sonra romalılar rəqibini nokaut vəziyyətinə saldılar: həmin Noslin bu dəfə Zakkanyinin ötürməsi ilə het-trik etdi. Konte 72-ci dəqiqədə Di Lorentso, Maktominey və Politanonu mübarizəyə qoşmaqla oyunda dönüş yaratmağa çalışdı. Az sonra Lukaku da meydana çıxdı. Amma bu oyunçular “Napoli”yə bir qol belə qazandıra bilmədilər. Arxa xətdə əla oynayan “Latsio” inamlı qələbə ilə 1/4 finala adladı. Belə desək, Konte ölkə kubokunu çempionata qurban verdi. Avrokuboklarda çıxış etməyən “Napoli” bundan sonra yalnız A seriyasındakı mövqeyini qorumağa çalışacaq. Yeri gəlmişkən, Kontenin komandası bu məğlubiyyətin əvəzini tezliklə çıxa bilər. Məsələ ondadı ki, “Latsio” çempionatın növbəti turunda Neapola səfər edəcək.
1/8 final
Bolonya – Montsa 4:0
Pobeqa, 32. Orsolini, 35. Dominges, 63. Kastro, 77.
Bolonya: Ravalya, Likoyannis, Lukumi (Erliç, 78), Kazale, Holm (Koratsa, 78), Fröyler (Moro, 61), Ferqyuson (Urbanski, 61), Pobeqa, Orsolini (Dominges, 39), İlinq-Cunior, Kastro.
Milan – Sassuolo (D-2) 6:1
Çukvueze, 12; 21. Reynders, 17. Leao, 23. Kalabriya, 56. Abraham, 62 – Mulattyeri, 69.
Milan: Sportyello (Torriani, 46), Kalabriya, Tomori, Pavloviç, F.Terraçano, Reynders (Bartezaqi, 65), Fofana (Musa, 46), Leao (Okafor, 46), Loftus-Çik (Pulişiç, 46), Çukvueze, Abraham.
Fiorentina – Empoli 2:2, p. – 3:4
Ken, 59. Sottil, 71 – Ekonq, 4. Espozito, 75.
Fiorentina: P.Terraçano, Qosens (Parizi, 75), Lukas Martines (Riçardson, 52), Dodo, Ranyeri, Komutso, Kataldi, Kolpani (İkone, 52), Beltran (Qudmundsson, 75), Sottil (Kuame, 82), Ken.
Empoli: Seqetti, Sambiya (Qyasi, 82), İsmaili (Viti, 64), Kakaçe (Petsella, 64), Maryanuççi, Toto, Henderson, Belardinelli (Maleh, 64), Solbakken (Kolombo, 74), Espozito, Ekonq.
Latsio – Napoli 3:1
Noslin, 32; 41; 50 – Simeone, 36.
Latsio: Mandas, Latsari, Jiqo, Patrik, Hüsay, Rovella, Dele-Başiru (Kastrovilli, 73), Noslin (Maruşiç, 90+2), Pedro (İsaksen, 60), Zakkanyi (Genduzi, 60), Çauna.
Napoli: Kaprile, Zerbin (Di Lorentso, 72), Juan Jezus, Marin, Spinatsola, Gilmor, Folorunşo (Maktominey, 72), Neres, Raspadori (Lobotka, 85), Nqonq (Politano, 72), Simeone (Lukaku, 78).
“Yuventus” – “Kalyari” oyunu dekabrın 17-də, “Atalanta” – “Çezena” (D-2), “Roma” – “Sampdoriya” (D-2) oyunları dekabrın 18-də, “İnter” – “Udineze” oyunu isə dekabrın 19-da keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Dekabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1054

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see360

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see357

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see276

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see268

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see262

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see245

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see243

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see225

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see221

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see213

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see208

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see199

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see193

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see182

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see176

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see175

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri