AAYDA da yoxlamalar gedir: Saleh Məmmədov nələr edib?
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri vəzifəsindən kənarlaşdırıldıqdan sonra qurumda genişmiqyaslı yoxlamalar davam etdirilir.
Axar.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, aparılan araşdırmalar zamanı bir sıra qanun pozuntularının aşkar edildiyi bildirilir.
Hazırda Saleh Məmmədovun rəhbərliyi dövründə müqavilə əsasında fəaliyyət göstərən asfalt zavodlarında da maliyyə yoxlamaları həyata keçirilir.
Məlumata əsasən, yoxlamaların gedişi və yekun nəticələri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yolların Mühafizə Xidmətində aparılan yoxlamalar nəticəsində cinayət işi başlanılıb, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 09 İyun 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















