Icma.az
close
up
RU
AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”...

AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”...

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AB Çin, Hindistan, Mavrikiya, BƏƏ və digər ölkələrin bəzi şirkətlərinə Rusiyaya sanksiyalardan yan keçməyə kömək etdiyinə görə sanksiyalar tədbiq edib. Sanksiya altına düşən şirkətlərdən biri də Azərbacanın “Aqua Fleet Management” şirkətidir. Sumqayıtda, “Sülh küçəsində” qeydiyyatdan keçən şirkətin cəmi 3 gəmisi var, həmin gəmilər də daha çox Braziliyada, Latın Amerikası ölkələrində fəaliyyət göstərirlər. Görünən odur ki, AB-nın bəzi rəsmiləri Azərbaycanın da adının o siyahıya düşməsi üçün çox çalışıblar.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, nə hikmətdirsə, həmin qərarda Ermənistan şirkətləri yoxdur, halbuki 2022-ci ildən, Rusiyanın Ukraynaya təcavüzü və vəhşi işğala başladığı dövrdən üzü bəri Rusiya ilə Ermənistanın ticarət dövriyyəsi, təqribən, 7 dəfə artıb:

“Avropalı məmurlar axmaq deyillərsə, anlamalıdır ki, bu orqanik, təbii artım deyil, ola da bilməz. Çox yaxşı anlayırlar ki, Ermənistan Rusiyaya bir çox məsələlərdə ciddi dəstək verir, sanksiyalar altına düşmüş, məsələn, Rusiyanın qızıl və qiymətli daşlar ixracı - özü də Qərbə, əsas da Belçikaya - məhz Ermənistan üzərindən gedir, rəsmi İrəvan Rusiyaya ikili təyinatlı malların, yarımkeçirici və mikrosxemlərin ötürülməsində əsas rol oynayır – amma Avropanın bəzi məmurları bunu görmürlər.

Elə Belçika demiş, bu ölkənin Nümayəndələr Palatası iyun ayının 17-də Azərbaycanı hədəf alan axmaq, absurd, mənasız bir sənəd qəbul edib, artıq həll olunmuş “Qarabağ məsələsini” yada salıb, Bakıda məhkəməsi gedən separatçı, canı və Rusiyanın birbaşa təsiri və idarəsində olan adamları müdafiə edib. Ermənistan belə Qarabağ məsələsinin həll olunduğunu deyib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini 10 dəfə bəyanat verərək tanıyıb, amma rəsmi Brüsselin bəzi siyasətçiləri bu məsələdə də qərəz nümayiş etdirirlər. Belçika üzdə və ritorikada Rusiyaya qarşı olsa da, Kremlin cəsuslarını müdafiə etməsi də bir ayrı tragikomediyadır.

Avropanın belə tutarsız, mənasız, məntiqsiz mövqeyinə görə qəhrəman Ukraya xalqı 3,5 ildir ki, dişi-dırnağı ilə mübarizə aparır, öz canları hesabına elə həmin Avropaya zaman qazandırırlar. Çünki Avropa ağılsızcasına öz təhlükəsizliyini ABŞ-a yükləyib, hərbi sahəni “outsourcing” məntiqi ilə görüb, silah istehsalı və ordu quruculuğunda çox geriləmişdi. İndi onlara 2-3 il zaman lazımdır ki, hərbi sənayeni işə salsınlar, normal ordu qursunlar – utanmadan deyirlər ki, qoyun Ukrayna xalqı vuruşsun, bizə zaman qazandırsın, amma heç əllərində, özlərində olan silah-sursatı belə tam şəkildə Ukraynaya vermirlər.

Avropa doğrudan da siyasi, iqtisadi, hərbi olaraq “qocalıb” və qocaldıqca da “dişi tökülüb”, ağzında ABŞ-ın “protez dişləri” var idi, indi o “dişlər” də kəsərini itirir. Hamısı da öz səhvlərinin, simasız, dəyərsiz siyasətlərinin nəticəsidir...”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 İyul 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri