AB dən türk ölkəsinə "yaşıl işıq": 20 il sonra...
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Avropa Birliyi (AB) Qırğızıstanın aviaşirkətlərini təhlükəsizliklə bağlı qara siyahıdan çıxararaq onlara ittifaq ərazisinə uçuşlar həyata keçirmək üçün icazə verib.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Qırğızıstanın 2006-cı ildən etibarən həmin siyahıda yer almasının əsas səbəbləri kimi aviasiya sahəsində dövlət nəzarətinin zəifliyi, qanunvericilik bazasının yetərincə təkmil olmaması və inspektor hazırlığının aşağı səviyyədə olması göstərilirdi.
Qərar Avropa Komissiyasının may ayında keçirilən Aviasiya Təhlükəsizliyi Komitəsinin iclasında qəbul edilib. Bildirilib ki, Avropa Komissiyası Qırğızıstan aviaşirkətlərinin son illərdə əldə etdiyi irəliləyişləri müsbət qiymətləndirib.
Məlumata görə, ölkədə mülki aviasiya sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib, uçuş təhlükəsizliyi üzərində dövlət nəzarəti gücləndirilib və milli aviasiya sistemi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğunlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 09 İyun 2026 01:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















