Icma.az
close
up
RU
AB nin İrəvan sammiti ermənilərin Qarabağa qayıdışını müzakirə etməyəcək

AB nin İrəvan sammiti ermənilərin Qarabağa qayıdışını müzakirə etməyəcək

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Ermənistanın paytaxtı İrəvanda Avropa Siyasi Birliyinin 8-ci sammiti öz işinə başlayır.
İki gün davam edəcək sammit “Gələcəyi qururuq: Avropada birlik və dayanıqlılıq” şüarı ilə keçiriləcək.
Modern.az xəbər verir ki, “Azadlıq” radiosu sammitdə qəbul ediləcək birgə bəyanatın mətnini əldə edib.
Birgə bəyanatda tərəflər rmənistan-Avropa Birliyi (AB) münasibətlərinin gücləndirilməsinə hazırlıqdan bəhs edəcəklər, amma amma Ermənistanın AB-yə üzvlüyünü müzakirə etməyəcəklər.

Sənəddə həmçinin AB-nin Ermənistanda reform və uzunmüddətli inkişaf proqramlarına dəstək ifadə edəcəyi bildirilib. Ermənistanın üzvlüyünə dair avropalı liderlərin hər hansı açıqlama verəcəyi gözlənməsə də, AB ilə viza rejiminin liberallaşdırılmasında əhəmiyyətli inkişafı əldə edildiyi bəyan olunacaq. Bunun Ermənistan hakimiyyəti üçün önəmli məqam olduğunu qeyd edilir.

İrəvanda qəbul edilməsi gözlənilən sənəddə həmçinin Ermənistana yeni maliyyə yardımının verilməsinə dair də hər hansı xatırlatma qeydə alınmayıb. Bunun əvəzində “Global Gate” çərçivəsində layihələrin reallaşdırılması üçün əvvəllər elan edilmiş 270 milyon avro və 2.5 milyard avroya dair xatırlatma yer alacaq. Üstəlik AB liderlərinin avropalı biznesmenlər qarşısında çıxış edib, onları Ermənistana investisiya qoymağa çağıracağı da gözlənilir. İnvestisiya qoyulmasına çağırış ediləcək layihələr arasında Cənubi Qafqazdan Avropaya Qara dənizin dibiylə enerji ötürülməsi layihəsinin yer alması gözlənilir. Qeyd edilən layihədə əsas iştirakçı ölkələr Azərbaycan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Macarıstan və digərləri hesab edilir. Ermənistanın da son aylarda buna maraq göstərdiyi mediada yer alıb.

İrəvanda AB liderlərinin həmçinin Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə dəstəklərini təsdiq edəcəyi gözlənilir. Bununla belə, birgə bəyanatda Qarabağdan olan ermənilərin geri qayıtması və ya Bakıda həbsdə olan ermənilər haqqında heç bir xatırlatma yer almayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 May 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri