Icma.az
close
up
RU
“ABAD”ın yaradılmasından 10 il ötür

“ABAD”ın yaradılmasından 10 il ötür

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

On il əvvəl bir ideyanın təməli qoyuldu. 2016-cı ildə ABAD pilot layihə kimi Masallı "ASAN Həyat" Kompleksində Prezident İlham Əliyevə təqdim olundu. Elə həmin il sentyabrın 23-də Prezident İlham Əliyevin Fərmanı ilə "ABAD" publik hüquqi şəxsi yaradıldı və ailə bizneslərinin inkişafına yeni dəstək modeli fəaliyyətə başladı.

2017-ci ildə Balakən ABAD Mərkəzinin açılışı ilə fəaliyyət coğrafiyası genişləndi. Dövlət dəstəyi, eləcə də "PAŞA Holding"in sosial məsuliyyət tədbirləri çərçivəsində göstərdiyi dəstək nəticəsində Quba ABAD Factory, Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi, Nardaran ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi yaradıldı. "Art Hotel by ABAD Guest" ilə fəaliyyət turizm sahəsini də əhatə etdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu günədək 723 ailə biznesinə dəstək göstərilib. Onlardan 542-si sənətkarlıq, 156-sı qida istehsalı, 25-i isə digər sahələrdə fəaliyyət göstərir. ABADçıların 370-i qadın, 283-ü kişi, 70-i isə hüquqi şəxsdir.

10 il ərzində ABADçıların istehsalı olan məhsulların satış həcmi 20 milyon manata çatdı.

ABAD "İdeyadan rəflərə" yanaşması ilə ailə bizneslərinə istehsaldan satışadək bütün mərhələlərdə dəstək göstərir.

2017-ci ildə İçərişəhərdə SOCAR və TİKA-nın dəstəyi ilə ilk ABAD Etno-butiki fəaliyyətə başladı. Elə həmin il ABAD məhsulları ilk dəfə “Bravo” supermarketlərində satışa çıxarıldı, sonradan burada bakaleya bölmələri və xüsusi satış stendləri yaradıldı. Etno-butiklər şəbəkəsi Heydər Əliyev Beynəlxalq Aeroportunun “Duty Free” zonası, Milli Gimnastika Arenası, Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi, “Fairmont Baku”, Şamaxı, Şəki, eləcə də 3 və 7 saylı Bakı "ASAN xidmət" mərkəzlərinədək genişləndi. Daha sonra məhsullar “Grandmart”, “Bolmart”, “Megastor”, “Rahat Gourmet”, “Port Bazar”, “Kontinental”, “Aplus”, “Araz Supermarket” və “Favorit Premium” şəbəkələrində satışa çıxarıldı, 2025-ci ildən etibarən “Marketplace” üzrə ölkə nəhəngləri “Wolt Market” və “Bir Market” üzərindən istehlakçılara sifariş imkanı yaradıldı.

"PAŞA Holding"in bilavasitə dəstəyi və digər tərəfdaşlarla əməkdaşlıq ABAD-ın inkişafına yeni imkanlar açdı, mikro və kiçik sahibkarların inkişafını stimullaşdırdı.

Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzi ilk Beynəlxalq Keramika Simpoziumuna ev sahibliyi etməklə, 2021-ci ildə Şəkinin Avropa Keramika Marşrutuna daxil edilməsinə töhfə verdi.

Hazırda işğaldan azad olunmuş ərazilərdən toplanılan təbii ballar daxil olmaqla müxtəlif çeşiddə sənətkarlıq və qida məhsulları istehsalı ilə məşğul olan minlərlə Azərbaycan vətəndaşı ABAD layihəsinin benifisiarlarıdır.

Bu gün ABAD yüzlərlə ailənin inkişaf yolunun və dayanıqlı biznesinin ayrılmaz hissəsinə çevrilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2026 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri