Icma.az
close
up
RU
Abadlaşdırılma üçün icarəyə verilən ərazidən sakinlər istifadə edə bilmirlər Səbaildən ŞİKAYƏT

Abadlaşdırılma üçün icarəyə verilən ərazidən sakinlər istifadə edə bilmirlər Səbaildən ŞİKAYƏT

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında beşmərtəbəli binanın qapalı həyətyanı sahəsindən sakinlər rahat şəkildə istifadə edə bilmirlər.

Bu barədə Oxu.Az-a qeyd olunan ünvanda yaşayan sakinlər məlumat veriblər.

"Həyətin keçən əsrin 30-cu illərində salınmış yaşıllıq sahəsi hasara alınıb. İçəridə olan ağaclar quruyur. Bizdə olan məlumata görə, 200 kvadratmetrə yaxın olan bu ərazi abadlaşdırılma məqsədilə icarəyə verilmişdi. Ötən il də bununla bağlı narazılığımız oldu. Əraziyə baxış keçirildi. Yaşıllaşdırma işləri görülməyə başladı. Lakin yenidən sözügedən ərazi hasara alınıb. İçəridə nə iş görülür, bilmirik. Ağaclar da quruyur. Ötən il də qəsdən ağaclara benzin töküb qurudurdular. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gələn əməkdaşlar torpaqdan nümunə götürmüşdülər, məlum olmuşdu ki, torpaqda benzin qatqısı var. Problem hələ də qalmaqdadır. Əgər bu ərazi istirahət zonası yaradılmaq üçün icarəyə verilibsə, niyə iş görülmür? Bu, bir adam üçün olan ərazi deyil axı. Hamının istifadəsi üçün nəzərdə tutulub. Kiminsə buranı icarəyə götürüb şəxsi mülkü kimi istifadə etməsi düzgün deyil".

Qeyd edək ki, bir müddət əvvəl sakinlər eyni şikayətlə Oxu.Az-a müraciət etmişdilər. Səbail Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilmişdi ki, sözügedən ünvana yerində baxış keçirilməsi və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Sakinlər qeyd ediblər ki, ərazidə vəziyyət olduğu kimi qalmaqda davam edir:

"Buraya heç kim baxış keçirmədi, heç bir tədbir də görülmədi".

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə yenidən sorğu ünvanlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.

Xatırladaq ki, 2024-cü ilin yanvar ayında sözügedən ərazidən sakinlər şikayətçi olublar və məsələ işıqlandırıldıqdan sonra həllini tapdığı deyilirdi, lakin hazırda situasiya təkrarlanır.

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 May 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri