Icma.az
close
up
RU
Ağacları tikinti tullantıları ilə qurudulan ərazi yenidən hasara alınıb Səbaildən ŞİKAYƏT

Ağacları tikinti tullantıları ilə qurudulan ərazi yenidən hasara alınıb Səbaildən ŞİKAYƏT

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bakı şəhəri, Səbail rayonunun sakinləri binanın həyətyanı sahəsindən istifadə edə bilmədiklərini deyirlər.

Onlar bununla bağlı şikayətlərini Oxu.Az-a ünvanlayıblar.

Sakinlər bildirirlər ki, binanın yaşıllıq sahəsi hasara alınıb, orada nə iş görüldüyü bilinmir:

"Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında beşmərtəbəli binanın qapalı həyətyanı sahəsindən sakinlər rahat şəkildə istifadə edə bilmirlər.

Həyətin keçən əsrin 30-cu illərində salınmış yaşıllıq sahəsi hasara alınıb. İçəridə olan ağaclar quruyur. Bizdə olan məlumata görə, 200 kvadratmetrə yaxın olan bu ərazi abadlaşdırılma məqsədilə icarəyə verilmişdi. Ötən il də bununla bağlı narazılığımız oldu. Əraziyə baxış keçirildi. Yaşıllaşdırma işləri görülməyə başladı. Lakin yenidən sözügedən ərazi hasara alınıb. İçəridə nə iş görülür bilmirik. Ağaclar da quruyur. Ötən il də qəsdən ağaclara benzin töküb qurudurdular. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gələn əməkdaşlar torpaqdan nümunə götürmüşdülər, məlum olmuşdu ki, torpaqda benzin qatqısı var".

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qaldırılan məsələ ilə əlaqədar bir daha sözügedən ünvana yerində baxış keçirilməsi və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur:

"Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında yerləşən torpaq sahəsinin zəbt olunması məsələsi ilə bağlı bir müddət əvvəl aidiyyəti qurumların iştirakı ilə sözügedən ünvana yerində baxış keçirilib və tərəfimizdən qaldırılan məsələ ilə əlaqədar müvafiq qurumlara rəsmi müraciət olunub.

Məlumat üçün qeyd edirik ki, bir müddət əvvəl sözügedən ünvanda abadlıq (iməcilik) işləri aparılıb.

Əlavə olaraq qeyd edirik ki, məsələ ilə əlaqədar bir daha sözügedən ünvana yerində baxış keçirilməsi və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur".

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında sözügedən ərazidən sakinlər şikayətçi olub və məsələ işıqlandırıldıqdan sonra həllini tapmışdı, lakin hazırda eyni situasiya təkrarlanır.

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Aprel 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri